Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada 63 yaşlı kişi müharibə ilə bağlı yazdığı bu sözlərə görə 7 illik həbs edildi

Tarix: 30-03-2023 21:23     Baxış: 4272 A- / A+
Rusiyada Ukraynaya qarşı savaş günlərində “ordu ilə bağlı saxta məlumat” maddəsinə görə vətəndaşların təqibi davam edir.

Bu dəfə “feyk-qurban” 63 yaşlı təqaüdçü olub.

Bir il əvvəl Mixail Simonov VKontakte sosial şəbəkəsindəki paylaşımının altında Rusiya ordusunun Kiyev və Mariupol şəhərlərini bombalaması ilə bağlı “Uşaqları və qadınları öldürərək Birinci Kanalda mahnı oxuyuruq. Biz Rusiya ateist olmuşuq. Bizi bağışla, ya Rəbb! və "Rus pilotları uşaqları bombalayır" kimi iki şərh yazıbmış. Bu gün məhkəmə onu RF Silahlı Qüvvələri haqqında "saxta" iş üzrə 7 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə həmçinin ona dörd il müddətinə saytları idarə etməyi qadağan edib.

Verilən informasiyaya görə, “sosial şəbəkələrin fəal istifadəçiləri” ona qarşı donos yazıblar. Əvvəl Moskva İstintaq Komitəsinin müstəntiqi cinayət tərkibi olmadığı üçün iki dəfə işi bağlamağa cəhd edib, lakin rəhbərlik materialları geri qaytarıb və təqiblər yenidən başlayıb. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar