Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İki milyonluq dələduzluq edən “falçı” və sevgilisi ilə bağlı qərar verildi

Tarix: 30-03-2023 21:09     Baxış: 3295 A- / A+
İki milyon manatlıq dələduzluqda təqsirli bilinən Ceyhun Zeynallı və Şəfəq İsmiyeva ilə bağlı hökmdən verilmiş şikayətlərə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində 1 il ərzində baxılan iş üzrə yekun qərar elan olunub.

Hakim Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti vəkillərin təqsirləndirilən şəxslərlə bağlı hökmün dəyişdirilməsi şikayətini təmin etməyib.

Qərara əsasən apellyasiya şikayətləri rədd olunub.

Qeyd edək ki, Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü “Maya” adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş şəxsdən 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.

Şəfəq İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törədib. O, məbləğin böyük hissəsi Ceyhuna Zeynallıya verilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum edilib. apa 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar