Xəbər lenti
Yevlaxda Korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsi mövzusunda tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3199 nömrəli 04.04.2022-ci il tarixli Sərəncamının 5.1-ci bəndinə əsasən Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların, Rayon Ziyalılar Cəmiyyətinin, Rayon Ağsaqqallar Şurasının məsul nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev qeyd edib ki, Ölkəmizin müstəqil dövlət kimi mövcudluğu və bu dövlətin vahid qanunvericilik bazasının yaradılması, xüsusilə Azərbaycanın Konstitusiyasının və digər ali qanunlarının qəbul edilməsi məhz dahi şəxsiyyətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin uğurlu inkişafı naminə bütün sferalarda olduğu kimi, bu istiqamətdə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlər bizim qanunun prinsiplərinə əsaslanan bir dövlətdə yaşamağımıza, həmçinin vətəndaşlarımızın hüquq və azadlıqlarının layiqincə təmin edilməsinə zəmin yaratmışdır. Sevindirici haldır ki, ölkəmizin digər bölgələrində olduğu kimi Yevlaxda da hüquq-mühafizə orqanlarının çevik və operativ fəaliyyəti nəticəsində rayonumuzun ictimai-siyasi nüfuzuna xələl gətirən və ya gətirə biləcək mənfi proseslərə qarşı ciddi tədbirlər həyata keçirilir və bu istiqamətdə müsbət nəticələr əldə edilir.

Tədbirdə çıxış edənlər Yevlax rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, Yevlax Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev,”Yevlax rayon Mərkəzi Xəstəxansı” Publik Hüquqi Şəxsi”nin hüquqşünası Zəka Sadıqov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon Təhsil sektorunun məsləhətçisi Ümidvar Mamedov, Balçılı kənd bələdiyyəsinin sədri Lyuba Zeynalova, Ərəş Kənd Bələdiyyəsinin sədri Röyal Cəfərov korrupsiya və rüşvətxorluq kimi neqativ halların yaratdığı mənfi təsirlərdən geniş bəhs edərək, vurğulayıblar ki, ölkəmizdə bu istiqamətdə həyata keçirilən bütün uğurlu tədbirlərin qayəsi Azərbaycanda korrupsiyanın səviyyəsini azaltmaqdan və ölkəmizi bu bəladan xilas etməkdən, Vətənimizin imicinə xələl gətirən, möhtərəm Prezidentimizin sözləri ilə ifadə etsək, “ Sosial ədaləti pozan, cəmiyyəti sarsıdan bir yaradan” qurtarmaqdan, “Onun üçün meydanı daim daraltmaqdan” ibarətdir.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar