Xəbər lenti
Hədəf Fazil Mustafanın qətli üzərində oyun idi
Milli Məclisin deputatı, dəyərli maarifçi ziyalımız Fazil Mustafaya qarşı təşkil edilən sui-qəsddə əsas məqsədin onun öldürülməsi olduğu açıq-aşkar görünür.
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.
Politoloq vurğulayıb ki, bu terroru təşkil edənlərin hədəfi F.Mustafanın qətli üzərində hansısa ssenariləri həyata keçirmək, onun şəxsiyyətinə, düşüncələrinə diqqət çəkmək və məhz bu dalğa üzərində böyük fitnə çıxararaq qarşıdurma yaratmaq olub:
“Bizim hüquq-mühafizə orqanlarımızın işinə qətiyyən müdaxilə etmək niyyətimiz yoxdur. Ancaq dünəndən sosial şəbəkələrdə bu hadisəyə verilən reaksiyaların təhlilindən gəldiyimiz ilkin qənaətimiz budur ki, Fazil bəyə qarşı təşkil edilən sui-qəsdlə yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən basqın arasında qəribə bir paralellik və oxşarlıq mövcuddur. Hər iki olayda kiberməkandan istifadə və kiberməkana hesablanmış fəaliyyətlər var. Buna görə də iki hadisədə də sifarişçinin eyni mərkəz olması mümkündür.
1970-ci illərin sonları, 1980-ci illərin əvvəlləri Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin zabiti, islamşünas alim Bernard Lüis ABŞ Prezidenti Cimmi Karterin təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinskiyə tövsiyə etmişdi ki, bütövlükdə Cənubi və Mərkəzi Asiyada sabitliyi pozmaq üçün islam fundamentalizmindən istifadə etmək, ənənəvi məzhəb qarşıdurmasından yararlanmaq lazımdır. Çünki islam bu coğrafiyada yaşayan xalqların dəyişməz genetik kodudur.
Təəssüf ki, indi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşağı olan Azərbaycanımızı da hansısa qüvvələr addım-addım məzhəb qarşıdurmalarının yeni poliqonuna çevirməyə çalışırlar”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar