Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Əmrləri Hikmət Həsənov və Nəcməddin Sadıkov verirdi" - "Tərtər işi"ndə şok

Tarix: 28-03-2023 22:57     Baxış: 3216 A- / A+
Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında "Tərtər işi"ndə təqsirləndirilən 4 yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihamda qeyd olunub ki, həmin şəxslər korpus komandirinin müavini olmuş Fuad Ağayevin göstərişləri və kəşfiyyat bölüyünün hərbçiləri ilə birlikdə 1 may - 2 iyul (2017) tarixləri arasında Tərtərdə ön cəbhədə olan hərbi qulluqçuları düşmənlə əməkdaşlıq və vətənə xəyanətdə ittiham edərək, qanunsuz sorğu-sual edib, onlara işgəncələr veriblər. Həqiqətə uyğun olmayan ifadələr almaq üçün onlar hərbi qulluqçulara işgəncə verərkən müxtəlif avadanlıqlardan istifadə edərək onlara fiziki və psixoloji zor göstəriblər. İttihama görə, işgəncələr Tərtərdəki N saylı hərbi hissənin tərkibindəki inzibati binada, Bakı və Bərdə qarnizonlarının haupvaxtlarında, Ağcəbədidə Sarıcalı kəndində və Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında verilib.

Onlar hərbçiləri sorğu-sual edib, qida qəbuluna imkan verməyib, bədənləri üzərində xüsusi vasitələrlə ləyaqəti alçaldan hərəkətlər edərək nəticə etibarilə fiziki və psixi sağlamlıqlarını itirmələrinə, cəmiyyətdən təcrid olunmalarına səbəb olub.
İttiham üzrə 4 nəfərin heç biri özünü təqsirli bilməyib.

Prosesdə təqsirləndirilən şəxs Vüsal Ələsgərov sərbəst ifadə verməkdən imtina edib. Hakim onun ibtidai istintaqa ifadəsini elan edib.

İstintaqa verdiyi ifadədə Vüsal Ələsgərov hərbi hissədə və postlarda olarkən bir sıra hərbçilərin intizamsızlığını gördüyünü bildirib: “Onların düşmən qüvvələri ilə əməkdaşlıq etdiyindən şübhələndim. Bu barədə Hikmət Həsənova (ovaxtkı korpus komandiri) məlumat verdim. Həmin ərəfədə Hikmət Həsənov və baş qərargah rəisi (red: Nəcməddin Sadıkovu nəzərdə tutur) iclas keçirdi. Nəcməddin Sadıkov görüşə onlayn qoşulmuşdu. Onlar ön xətdə düşmən qüvvələri ilə əməkdaşlıq edən şəxslərin müəyyən edilməsini tələb etdi. Hikmət Həsənov tapşırdı ki, düşmən postuna gedən cığırları, onlara rabitə məlumatlarını ötürən şəxsləri tapaq. O şübhəli şəxsləri əlləri və gözləri bağlı şəkildə göndərməyi bildirdi. Bəzən elə olurdu ki, Fuad Ağayev Hikmət Həsənovun adından göstərişlər verirdi. Mən də şübhəli şəxsləri deyilən formada, deyilən yerə göndərirdim. Amma mən tapşırırdım ki, orada yalnız şifahi formada sorğu-sual olunsun. Həmin yer N saylı hərbi hissənin köhnə inzibati binası idi. Mən ora gedəndə bağırtı səsləri eşidirdim.

Vüsal Ələsgərov ifadəsinin elanından sonra deyib ki, ona əmr verən şəxslər və Nəcməddin Sadıkov məhkəməyə çağırılıb araşdırılmalıdır.

Prosesdə digər təqsirləndirilən Rəşid Niftəliyev və Ramil Qarayevə ifadə verməsi təklif olunsa da, onlar da ifadə verməkdən imtina edib. Buna görə də onların ifadələri elan edilmiş hesab olunub.
Proses aprelin 4-də davam etdiriləcək.

İttihama görə, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri, Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi, Ramil Qarayev və Rüstəm Ələsgərov isə hərbi hissələrin kəşfiyyatçıları olublar.

Vüsal Ələsgərov Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma), 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rəşid Niftəliyev Ramil Qarayev Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) Rüstəm Ələsgərov isə Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), 125-ci (Özünü öldürmə həddinə çatdırma), 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirli bilinir.

İş üzrə 194 zərərçəkmiş var. teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar