Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin gizli silah daşıdığı yol tam nəzarətə götürülüb

Tarix: 28-03-2023 12:14     Baxış: 4292 A- / A+


Ermənilərin gizli silah daşıdığı yol tam nəzarətə götürülüb


Martın 25-də Müdafiə Nazirliyi məlumat yayıb ki, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Rəsmi məlumata görə, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
 
Müdafiə Nazirliyinin yaydığı açıqlamadan məlum olub ki, Azərbaycan Ordusu ermənilərin Laçın yoluna paralel olan torpaq yoldan istifadə etməsinin qarşısını almaq məqsədilə kiçik əməliyyat keçirib və Xankəndi-Xəlfəli-Turşsu yoluna nəzarəti ələ alıb.

Bəs ordumuzun nəzarətə götürdüyü yolun Azərbaycan üçün əhəmiyyəti nədir?

Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı modern.az-a danışan hərbi ekpert Ədalət Verdiyev bildirib ki, Ermənistandan Xankəndiyə gizli silah daşınması üçün Laçın yoluna alternativ iki yoldan istifadə olunub.  Bunlar Xankəndi-Xəlfəli-Turşsu və sözügedən yoldan bir qədər şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolu idi.
 
"Laçın-Xankəndi yolunda ekoloji aksiya başladıqdan sonra ermənilər bu yolları işlək vəziyyətə gətirmişdi. Son ay ərzində hər iki marşurut üzrə daşınmalar texniki vasitələr ilə qeydə alınırdı", - deyə o bildirib. 
 

 
Ə.Verdiyev vurğulayıb ki, sülhməramlılar qanunsuz daşımaların qarşısını almaq yerinə onları müşayiət edirdi:
 
"Hazırda Azərbaycan Ordusunun bölmələri Xankəndi-Xəlfəli-Turşsu yolunun üzərində yerləşən 2054 metr yüksəklikdəki hakim dağ üzərində yerləşib. Məhz buna görə də həmin yol ilə qanunsuz daşımalar dayanıb. Azərbaycan tərəfi daşımaların qarşısını almaq üçün sülhməramlı kontingentə müraciət etsə də, onlar bunu cavabsız qoyub, heç bir tədbir görməyib. Əksinə onlar ermənilərin qanunsuz olaraq Qarabağa silah gətirməsini müşayiət etdilər. Bu vəziyyət bizim üçün qəbuledilməz idi. Azərbaycan Ordusu ərazidə gedən prosesləri nəzərə alaraq Sarıbaba yüksəkliyindən təxminən 3 kilometr məsafədə yerləşən 2054 yüksəkliyini nəzarətə götürüb. Biz artıq həmin yüksəklikdən Xankəndi-Xəlfəli-Turşsu yoluna tam nəzarət edirik. Ermənistanın bu yolla qanunsuz silah daşıması tamamilə məhdudlaşdırılıb".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar