Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbovun adamı daha bir vəzifəsini itirdi

Tarix: 27-03-2023 17:55     Baxış: 4278 A- / A+

"Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsini tərk edib. 
Manevr.az xəbər verir ki, Əsədulla İsgəndərov həm də "Naxçıvanbak” ASC-nin Müşahidə Şurasının sədri idi. Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən çıxarıldıqdan bir neçə gün sonra Əsədulla İsgəndərov "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədrliyindən, Baharxanım Talıbova isə Müşahidə Şurasının üzvlüyündən istefa verib. 

Baharxanım Talıbova Vasif Talıbovun qızıdır. Bəzi iddialara görə, o, həm də bankın səhmdarlarından biri olub. 
Əsədulla İsgəndərovun "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləməsi onun Vasif Talıbova yaxın olması ilə izah edilir. 
Bu arada qeyd edək ki, "Naxçıvan Sığorta” ASC-nin səhmlərinin 100 faizi "Naxçıvanbak” ASC-yə məxsusdur. Nəzərə alsaq ki, sözgedən bank Vasif Talıbovun nəzarətində olub, bu halda "Naxçıvan Sığorta” ASC-nin keçmiş sədrə bağlı olduğunu söyləmək olar. Güman ki, Əsədulla İsgəndərovun ASC-nin Direktorlar Şurası vəzifəsindən uzaqlaşdırılması ilə bu şirkət də Vasif Talıbovun əlindən çıxıb.
Qeyd edək ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.(qaynarinfo)

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar