Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ürək-damar xəstələri oruc tuta bilərmir? - TÖVSİYƏ

Tarix: 26-03-2023 13:19     Baxış: 4424 A- / A+


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ürək-damar xəstəlikləri olan şəxslərə müraciət edib.
Manevr.az institutun feysbuk səhifəsinə istinadən xəbər verir ki, müraciətdə həmin xəstələrin oruc tutmaqla əlaqədar olaraq kardioloqla məsləhətləşməsi, oruc tutulmasına icazə verildiyi halda isə dərmanları hansı qaydada qəbul edəcəklərini bilmələrinin vacibliyi qeyd olunub.
Müraciətdə, həmçinin hansı ürək-damar xəstələrinin oruc tutmasının tövsiyə olunmadığı da əksini tapıb. Həmin xəstələr aşağıdakılardır:
Sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlar;
İnkişaf etmiş ürək çatışmazlığı olan xəstələr;
Xüsusilə, yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir. Son 6 ayda infarkt keçirənlər;
Ürək xəstəliyi səbəbi ilə sinə ağrısı olanlar;
Son 6 ayda balon, stent və ya bypass əməliyyatı keçirənlər;
Nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr;
Rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar