Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rövnəq Abdullayev monqol xanımları niyə "alıb"?

Tarix: 03-05-2017 12:30     Baxış: 4364 A- / A+
Rövnəq Abdullayev monqol xanımları niyə "alıb"?


Azərbaycanın qadınlardan ibarət cüdo üzrə milli komandasının heyəti gücləndirilib. ACF-nin yaydığı məlumata görə, bundan sonra monqolustanlı cüdoçular Erdenebat Bazarraqça (48 kq.), Purevsuren Buyanxişiq (52 kq.), Munxtsedev İçinxorlu (57 kq.) və ukraynalı İrina Kindzerska (+78 kq.) millimizin şərəfini qoruyacaq.

Manevr.az xəbər verir ki, yeniçağ.az-ın əldə etdiyi məlumata görə, cüdo federasiyası "milliləşmə” planını bir neçə ay əvvəldən düşünürmüş. Çünki artıq yerli qadın cüdoçular millini yavaş-yavaş tərk etməyə başlayıb. Buna görə də komandada böyük boşluq yaranıb. Boşluğu doldurmağa çalışan qurum üzvləri bir neçə ay idi ki, bəzi qadın cüdoçuları nəzarətdə saxlayırmış. Sonda 2 monqol, bir ukraynalı xanım seçimi üzərində dayanan federasiya onları sınaq yarışlarına da çıxartmağa vaxt tapıb.

Rövnəq Abdullayevin rəhbəri olduğu federasiyanın əcnəbi idmançıları gətirməsində əsas səbəblərdən biri də İslam Həmrəylik Oyunlarıdır. Qurum həmin beynəlxalq yarışda monqol xanımlarla daha 3 medala ümid edir. Etimadı doğruldacaqları təqdirdə mükafat da vəd edilib. Bu ilin yekununa qədər ödəniləcək məbləğ də əvvəlcədən bəlli olub.

Həmçinin əcnəbi qadın idmançılara Azərbaycanda klub da təklif olunub. Yaxın zamanda Purevsuren Buyanxişiq, Munxtsedev İçinxorlu və ukraynalı İrina Kindzerska "Neftçi” İSM-in üzvü kimi adını yazdırması gözlənilir. Klub təklifini isə idmançılar düşünəcəklərini bildiriblər.
Xəbər verdiyimiz kimi komandanı tərk edənlərdən biri də tanınmış idmançı Kifayət Qasımovadır. O, qayıtmamaqla bağlı qərarında qətiyyətli olduğunu federasiya rəhbərliyinə bildirib.

Qeyd edək ki, millimizə cəlb olunan idmançılar elə də böyük uğura imza atmayıblar. 19 yaşlı Purevsuren Buyanxişiq ikiqat Monqolustan çempionatı mükafatçısı (gümüş, bürünc), Honq-Konqda keçirilən beynəlxalq turnirdə isə qızıl medal qazanıb.

21 yaşlı Erdenebat Bazarraqça isə Monqolustan çempionatında həm qızıl, həm də gümüş medala sahiblənib. 2 dəfə isə Beynəlxalq Turnirin mükafatçısı olub.

Ukraynalı idmançı 26 yaşlı İrina Kindzerska isə Avropa çempionatı mükafatçısıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar