Xəbər lenti
Novruz bayramı son üç ildə daha yüksək şəkildə keçirilir - Deputat
Müşfiq Məmmədli
Milli Məclisin deputatı
Ölkəmizdə yazın gəlişini simvolizə edən Novruz xüsusi təntənə ilə qeyd edilir. Tarixi qədim dövrlərə bağlı olan bu bayram son üç ildə isə daha yüksək şəkildə keçirilir. Torpaqlarımızın azad olunmasından sonra hər il ölkə rəhbəri cənab İlham Əliyev xalqa dədə baba yurdumuzdan müraciət edir. Ulu Öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” istəyini reallaşdıran prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.
Dövlətimiz müstəqillik əldə etdikdən sonra öz milli mənəvi dəyərlərinə sahib çıxmaq və onu qorumaq üçün mühüm addımlar atmışdır. Bu yöndə l vitse prezident xanım Mehriban Əliyeva nın əməyi danılmazdır. Məhz onun böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar