Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov hərbi hospitalda - VİDEO

Tarix: 19-03-2023 14:05     Baxış: 3152 A- / A+
Zakir Həsənov hərbi hospitalda - VİDEOMartın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib. 
Manevr.az xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Əvvəlcə hospitalın həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib.

Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.
Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

General-polkovnik Z.Həsənov tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verib.

Manevr.az
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar