Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Sabah Bakı İrəvanı istəyəcək, geri verəcəyik?” -Babayan Paşinyana qarşı

Tarix: 17-03-2023 21:47     Baxış: 4210 A- / A+
Baş nazirin xüsusi nümayəndəsi:  “O zaman hər şeyi  Azərbaycana  verib gedək, Avstraliyada rahat yaşayaq”

 “Rusiya sülhməramlıları Artsaxın mövcudluğunda çox böyük, əsas rol oynayırlar. Rusiyanın sülhməramlı missiyası olmayacaq, Artsax olmayacaq, bu dəqiqdir.   Kim deyir ki, rus sülhməramlıları  getsə, yerinə başqaları gəlsə, daha yaxşı olacaq... Bəs hansı ölkənin sülhməramlıları gəlib burada öz missiyasını yerinə yetirəcəklər?”  Ermənistan prezidentinin xüsusi nümayəndəsi David Babayan “Aravot”a müsahibəsində belə deyib.  Qeyd edək ki, erməni baş nazir  Nikol Paşinyan hökumətin bugünkü iclasında  deyib ki, Rusiya hər hansı obyektiv səbəbə görə öz missiyasını yerinə yetirə bilmirsə, o halda  BMT Təhlükəsizlik Şurasına müraciət edilməlidir.   

Sülhməramlıları mövzusunu davam etdirən David Babayan  deyib ki,  digər ölkələrin sülhməramlı qüvvələrinin Qarabağa cəlb edilməsi “daha mürəkkəb və qeyri-müəyyən geosiyasi vəziyyət yaradacaq”. “Rusiya sülhməramlıları gedəndə və başqaları gələndə Artsax artıq mövcud olmayacaq. Bu, bir neçə saat məsələsi ola bilər.  Sülh və sabitlik yalnız Rusiyanın məsuliyyətidirmi? Mənim qənaətimcə, biz çalışmalıyıq ki, Rusiyanın sülhməramlı missiyasının şübhə altına almayaq, əksinə, onlara kömək edək. Anti-Rusiya qüvvələri  Artsax haqqında düşünmürlər. Yəni bizi alver obyektinə çevirərək başqa geosiyasi oyunlar oynayırlar".

David Babayan  deyib ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasının əleyhinə deyil. “Ancaq nəyin bahasına? Türkiyə və Azərbaycan bəyan edir ki, Artsax bizimdir,  İrəvan Qərbi Azərbaycandır.  Təbii ki, biz qonşularımızla yaxşı münasibət qurmaq istəyirik, amma onların istədikləri milli maraqlarımıza uyğundurmu?”. D.Babayan   Paşinyanın son mətbuat konfransında “Azərbaycan qalib tərəfdir, şərtləri onlar diktə edirlər” fikrindən də narazı qalıb. David Babayan: “Kim dedi ki, altı ay və ya bir ildən sonra Azərbaycan yenə qalib tərəf olacaq? Vəziyyət elə inkişaf edir ki, ümumiyyətlə, qalib tərəf olmaya bilər”. 

Babayan xatırladıb ki, Ermənistan da 30 il qalib tərəf olub. “Azərbaycan hər şeyi istəyir, bu o deməkdirmi ki, biz hər şeyi verməliyik? Biz düzgün siyasət aparmalıyıq, çünki belə davam etsə, domino üslubunda hər şeyi alacaqlar. Sabah İrəvanı istəyəcəklər, geri verəcəyik? O zaman hər şeyi onlara verib gedək, Avstraliyada rahat yaşayaq” deyə, o bildirib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar