Xəbər lenti
Müşfiq Məmmədli: "Bu toplantı Türk dövlətləri arasında münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir"
Xəbər verdiyimiz kimi Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən görüşdə iştitak edib.
Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az-a bu toplantının Türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
"Ölkə rəhbəri çıxışı zamanı 44 günlük vətən müharibəsində və ondan sonraki dövrdə Türkiyə başda olmaqla verilən qardaş dəstəyinin önəmini vurğuladı. Eyni zamanda bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələdə Azərbaycanın ilk yardıma gələn dövlət olması, xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfərin sağ çıxarılması, həmçinin, 780 nəfərin cəsədinin dağıntılar altında aşkar edilməsi, tibb personalımızın ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərməsi qeyd olundu. Təbii ki, bu belə də olmalıdır. Bu həm də qardaşlıq nümunəsidir. İstər xoş günümüzdə istərsə də acı günümüzdə hər zaman yanaşı durmalıyıq"
Müşfiq Məmmədli qeyd edib ki, münasibətlərin ən yüksək səviyyədə olmasının ən böyük səbəbi hər iki dövlətin rəhbərləri arasında bütün məsələlərdə anlaşmanın və razılığın olmasıdır:
"Bu, onların səyi nəticəsində əldə olunmuşdur. Həm millət olaraq, həm dövlət olaraq bizim anlaşa bilməyəcəyimiz mövzu yoxdur. Əsas məqsəd Türk dövlətləri arasında bu nümunənin tətbiqi, başqa sözlə əlaqələrin ən üst səviyyəyə çatdırılmasıdır. Biz inanırıq ki, Türkiyə və Azərbaycan rəhbərlərinin gücü və zəhməti sayəsində bu istək də reallaşacaq",-deyə natiq vurğulayıb.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar