Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan- Almaniya əlaqələri yüksək səviyyədədir

Tarix: 17-03-2023 18:42     Baxış: 4186 A- / A+
Vidadi Murtuzayev
 Hüquqşünas



Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət kursu ölkəmizin həm iqtisadi, həm də beynəlxalq aləmdə yüksəlişinin təminatçısıdır.
Son vaxtlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu təsdiqləyən tədbirlər bunu bir daha təsdiqləyir. Bu prosesdə heç şübhəsiz ən ciddi faktor liderlərin Prezident İlham Əliyevə ehtiramı, ölkə başçısının qlobal siyasət meydanında olan nüfuzudur. Təkcə ölkə vətəndaşları üçün deyil, beynəlxalq aləmdə də öhdəlik kimi götürdüyü bütün vədlərinə sadiq qalan Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan uzun illərdir dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Şübhəsiz ki, bu ehtiram və etimadın davamı olaraq ölkəmiz təkcə regionda yox, qlobal əhəmiyyətli layihələrin reallaşmasında da söz sahibidir. Məhz ölkə rəhbərinin nüfuzu sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda, Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdaşa çevirib. Bütün bu faktorlar isə dövlətimizin gücünün və qüdrətinin təsdiqidir. Bu baxımdan, Prezident İlham Əliyevin martın 13-14-də Almaniya Federativ Respublikasına səfəri dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu. Prezident İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsla görüşləri olduqca səmərəli keçdi. Diqqətçəkən məqamlardan biri də Almaniya Kansleri Olaf Şoltsun mətbuata bəyanatındakı fikirləri idi. Cənab Şoltsun qeyd etdiyi kimi, Azərbaycan Almaniya, eləcə də Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Bununla yanaşı, kansler həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün Azərbaycanın böyük potensialı olduğunu, eyni zamanda bərpa olunan enerji üzrə əməkdaşlığın aktuallığını vurğuladı. Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı-Azərbaycan əlaqələrindən danışaraq bildirdi ki, bu qurumla imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun sürətlə icra olunması ölkəmizin niyyətinin göstəricisidir. Prezident bir daha bəyan etdi ki, Azərbaycan Avropa məkanına qaz ixracatını artırmaq haqqında düşünür. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etdiyimiz halda, bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Azərbaycan lideri gələcək illərdə də ixrac coğrafiyamızı Avropada genişləndirmək niyyətində olduğunu bildirdi. Dövlətimizin başçısı regional təhlükəsizlik məsələlərinə də toxunaraq qeyd etdi ki, Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Cənab Prezident ümidvar olduğunu söyləyərək qeyd etdi ki, Ermənistan bu şansı qaçırmayacaq və bununla da, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq. Səfər çərçivəsində ölkəmizin başçısının Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü də olduqca maraqla izlənildi. 30-a yaxın almaniyalı iş adamı ilə davam edən görüşdə respublikamızda iqtisadiyyatın, onun imkanlarının, habelə ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin təşviqi baxımdan uğurlu alındı. Prezidentin söylədiyi kimi, ölkəmizdə bərpa olunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində gözəl imkanlar var və bunun fonunda gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, həmçinin, "yaşıl enerji" ixrac edən ölkəyə də çevriləcək. Azərbaycanda geniş biznes imkanlarının olduğunu diqqətə çatdıran dövlət başçısı alman iş adamlarını ölkəmizə dəvət etdi və Almaniya ilə Azərbaycan arasında müzakirə olunan sahələrdə güclü tərəfdaşlığın olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyevin Almaniyaya səfəri və lider kimi qarşılanması, keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq miqyasda siyasi və iqtisadi qüdrətinin nümayişi idi. Bir sözlə, ölkə başçısının son səfəri regional güc olan Azərbaycanın dünyanın aparıcı ölkəsi kimi siyasi proseslərə fəal şəkildə qoşulmasının təsdiqi kimi qəbul olunmalıdır. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar