Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Türk dövlətləri Mülki Müdafiə Mexanizmi YARADIR

Tarix: 16-03-2023 22:23     Baxış: 4279 A- / A+
Türk dövlətləri Mülki Müdafiə Mexanizmi YARADIR

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılacaq.

 
Bu barədə TDT Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
 
Onun sözlərinə görə, bu Mexanizm TDT ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığı daha da gücləndirəcək.
 
Qeyd edək ki, bu gün keçirilən Zirvə görüşünün sonunda qəbul edilən bəyannamədə Mülki Müdafiə Mexanimzinin yaradılması barədə müddəa mövcuddur. Ankara Bəyannaməsində bildirilir ki, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verilib. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar