Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda Sosial Xidmətlər Agentliyi yaradılıb

Tarix: 16-03-2023 20:11     Baxış: 3156 A- / A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Manevr.az xəbər verir ki, Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin əsasında Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılıb.
Müəyyən edilib ki, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət İdarə Heyəti yaradılır.
İdarə Heyətinin sədrini və digər üzvlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin hüquqi varisidir, onun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə, digər hüquq və öhdəlikləri isə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə keçir;
Sosial Xidmətlər Agentliyinin nizamnamə fondu bu Fərmanın 3.3-cü bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlik tabeliyindəki Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərinin nizamnamələrini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməlidir.
Eyni zamanda, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərinin nizamnamələrinin təsdiq edildiyi tarixdən 3 (üç) gün müddətində həmin hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq tədbirlər görməli, Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etməki, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu dövlət qeydiyyatına alındığı günədək Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi öz fəaliyyətlərini davam edəcəklər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar