Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vəzifəli şəxsin videosunu çəkib, nazirliyə apardılar - ŞOK ETİRAFLAR

Tarix: 02-05-2017 18:34     Baxış: 5370 A- / A+
Vəzifəli şəxsin videosunu çəkib, nazirliyə apardılar


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi bəzi məqamlar ortaya çıxır.

Lent.az həmin şəxslər barəsində hazırlanan ittiham aktına istinadən xəbər verir ki, iş üzrə zərərçəkmişlərdən biri Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr xidmətin vəzifəli şəxsi olmuş Rauf Sultanovdur.

İbtidai istintaqa ifadə verən Rauf Sultanov bildirib ki, 2009-cu ildən 2014-cü ilin dekabr ayınadək Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr xidmətində Qaradağ, Xəzər, Nəsimi rayon şöbələrinin rəisi, Xəzər rayon şöbəsinin rəis müavini vəzifələrində işləyib: "2014-cü ilin dekabr ayından işsizəm. 2011-ci ilin yay aylarında Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində işlədiyim vaxtı Kamil Şükürov adlı şəxs şöbə rəisi Sabit Məmmədovun xidməti otağına gəldi. Otaqda həmin şəxs müəyyən işinin düzəlməsi üçün pul qoydu. Pul stolun üstündə olan zaman otağa özlərini MTN əməkdaşları kimi təqdim edən 4-5 nəfər mülki geyimli şəxs girdi. Onlar videokamera vasitəsi ilə çəkiliş aparmağa başladılar. Onlar mənə rüşvət aldığımı dedilər. Məni Kamil Şükürovla birlikdə MTN-ə apardılar. Orada sonradan internetdə şəklini gördüyüm, adının İlqar Əliyev olduğunu bildiyim şəxsin otağına apardılar. Otaqda İlqar Əliyev Sabit Məmmədovun Kamil Şükürovdan rüşvət istəməsi barədə izahat yazmağımı tələb etdi. Mən də həmin tələblə razılaşmadım. İzahat yazmayacağım təqdirdə həbs ediləcəyimi dedi”.

Zərərçəkmiş şəxs ifadəsi zamanı qeyd edib ki, həmin vaxt İlqar Əliyev bir neçə dəqiqəlik otaqdan çıxıb və baş idarə rəisi ilə görüşüb: "Bu görüşdən sonra İlqar Əliyev bizi yenidən qəbul etdi və getməyimizi bildirdi. Azad olmağım üçün MTN əməkdaşlarına hər hansı məbləğdə pul verməmişəm. Sabit Məmmədovun da pul verdiyi barədə məlumatım olmayıb”.

Bu epizod üzrə şahid qismində ifadə verən Fuad Fətəliyev bildirib ki, 2008-ci ildən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib, 2013-cü ildən Antiterror mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində, hazırda isə Dövlət Təhlükəsizlik Xidmətində işləyir.

Fuad Fətəliyev qeyd edib ki, təxminən 2011-ci ildə Kamil Şükürovla növbəti dəfə görüşüb:
"Kamil Şükürov Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon idarəsinin rəisi və müavininin hazırda xatırlamadığım hansısa işi pulla gördüyünü bildirdi. Bu məlumatı İlqar Əliyevə məruzə etdikdən sonra sonuncu tərəfindən də bu barədə Elçin Quliyev məlumatlandırıldı. Sonra Əmlak Komitəsinin Xəzər rayon idarəsinin rəisi və rəis müavininin əməllərini sübut etmək üçün əməliyyat təşkil etdik. Əməliyyat zamanı videoçəkiliş aparmaq üçün İlqar Əliyev mütəxəssis də dəvət etmişdi. Tədbir zamanı 4-5 nəfər MTN əməkdaşları iştirak edirdi. Konkret olaraq kimin iştirak edəcəyini İlqar Əliyev müəyyən etmişdi. Mən sıravi işçi kimi bilavasitə baş idarə rəisi Elçin Quliyevlə çox ünsiyyətdə olmamışam, əsasən İlqar Əliyevə məruzə etmişəm. Amma bəzi məsələlər yalnız baş idarə rəisinin razılığı əsasında həyata keçirilib. Həmin şəxsin MTN-ə dəvət edilməsi, buraxılması, əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün hökmən İlqar Əliyev vasitəsi ilə Elçin Quliyevə məruzə etmişik. Elçin Quliyev də öz növbəsində bu əməliyyatı nazir Eldar Mahmudovla razılaşdırıb. Qeyd etdiyim tədbirdə məndən başqa Antiterror Mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Rafiq Abdullayev, Antiterror Mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsinin əməliyyat müvəkkili Fuad Beydullayev də iştirak edib. Əməliyyat zamanı əvvəlcədən razılaşdırılmış qaydada Kamil Şükürov Əmlak Məsələləri Dövlət Komitəsinin Xəzər rayon idarəsinin rəis müavininin xidməti otağında rəis müavini Rauf Sultanova pul verib, biz də dərhal içəri daxil olub, videoçəkiliş vasitəsi ilə Kamil Şükürovun rüşvət kimi verdiyi pul vəsaitlərini qeydiyyata almışıq".

Bu epizod üzrə danışan general Elçin Quliyev Rauf Sultanovu tanımadığını, bu şəxs barəsində əməliyyat keçirildiyini xatırlamadığını deyib.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar