Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Nazir: "Dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik" - Oxçuçayın kritik vəziyyəti

Tarix: 16-03-2023 12:19     Baxış: 4280 A- / A+



2020-ci ildən dəfələrlə beynəlxalq təşkilatlara Oxçuçayın kritik vəziyyəti ilə bağlı müraciət etmişik.
Manevr.az bildirir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə keçirilən strateji məsləhətləşmələr zamanı deyib.Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq biz dəfələrlə müvafiq beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf mühit Proqramı və digərlərinə Ermənistan tərəfindən daimi çirklənmə ilə bağlı transsərhəd Oxçuçay çayının, eləcə də digər regional çayların ekoloji təhlükələri və kritik vəziyyəti ilə bağlı müraciət edilib.
Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar