Xəbər lenti
Deputat: "Azərbaycan beynəlxalq əlaqələr və yeni layihələrin həyata keçirilməsi üçün etibarlı tərəfdaşdır "

Rəsmi səfər barədə Manevr.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, ölkə başçısının bu dəfəki səfərini iqtsadi baxımdan xüsusi ilə qiymətləndirmək lazımdır: "Ümumilikdə Avropanın enerji təminatçısı kimi özünü təsdiq etmiş Azərbaycanın bundan sonrakı plan və layihələri haqda cənab prezident keçirdiyi görüşlərdə müfəssəl şəkildə məlumat verdi. Gələcəkdə təkcə neft və qaz məhsulları deyil, həmçinin yaşıl enerji ixracatçısı kimi özünü təsdiq edəcəyini qəti şəkildə vurğuladı. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizin bu potensialı yüksəkdir və yaxın illərdə Prezidentin bildirdiyi fikirləri real şəkildə şahidi olacağımıza əminik."
Müşfiq Məmmədli vurğulayıb ki, Azərbaycan dövləti son illərdə istər azad olmuş torpaqlarımızda abadlıq quruculuq işləri baxımından, istər xarici siyasət, iqtisadi əlaqələrin möhkəmlənməsi, istərsə də yeni layihələrin həyata keçirilməsi baxımından mütəşəkkil və operativ şəkildə fəaliyyət göstərir. Məhz bu fəaliyyətin nəticəsidir ki, son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb:
"Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Təbii ki, bu göstəricilər ölkə rəhbəri cənab İlham Əliyevin müdrik siyasəti və dəqiq idarəetməsi sayəsində əldə olunan uğurlardır", deyə fikrini tamamlayıb.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar