Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Almaniya rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatı təqdirəlayiqdir" - Aqil Məmmədov

Tarix: 16-03-2023 11:18     Baxış: 3346 A- / A+
 



“Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri ilə həm iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərdi, həm də, bu münasibətləri yeni, daha yüksək müstəviyə çıxardı. Almaniya ilə bu cür münasibətlər olduqca vacibdir. Xüsusilə, Ermənistanın ən müxtəlif platformalarda Azərbaycana qarşı apardığı kampaniyalar fonunda”.
Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib. Bildirib ki, bu gün Azərbaycan Avropa məkanı ilə enerji təhlükəsizliyi sahəsində effektiv əməkdaşlıq edir: Azərbaycanın Avropa məkanına qaz ixracı artırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac edilibsə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Gələcək illərdə ölkəmiz ixrac coğrafiyasını Avropada genişləndirmək niyyətindədir. Azərbaycanın Avropanın enerji təminatındakı inkişaf edən rolunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts yüksək qiymətləndirərək bildirdi ki, “Prezident İlham Əliyev verdiyi məlumat ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir. Enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik”. Bu fiirlər  ir daha təsdiq edir ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı təminatçısına və tərəfdaşına çevrilir”.
Millət vəkilinin sözlərinə görə Almaniya rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son bəyanatları da təqdirəlayiqdir:  “Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı oldu. Bu gün Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Cənab Prezident Almaniyada bəyan etdi ki, Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır. Almaniya Kansleri Olaf Şoltsun mətbuat konfransında söylədiyi “Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir. Biz öz mövqeyimizi aydın şəkildə bildirdik. Biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq” fikirləri olduqca önəmlidir və bütün dünyaya yönəlib”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar