Xəbər lenti
Almaniya kansleri Azərbaycanı niyə tərifləyib? Alman qəzetləri yazır...
Avropanın ən azı 10 ölkəsi Bakıdan qaz almaq istəyir.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung ” qəzeti İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı “Scholz nennt Aserbaidschan „Partner von wachsender Bedeutung“ (Şolts Azərbaycanı “getdikcə əhəmiyyətli artan tərəfdaş” adlandırıb)” adlı məqalə ilə çıxış edib.
Məqalədə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev Avropaya daha çox qaz vəd edir. Berlində keçirilən görüşdə kansler Olaf Şolts da Ermənistanla münaqişənin sülh yolu ilə həllinə çağırıb: “Azərbaycan gələcəkdə Avropaya daha çox qaz tədarük etmək istərdi. Xammalla zəngin olan Qafqaz ölkəsi həm də Almaniyaya qaz və bərpa olunan enerji tədarükçüsü kimi özünü təklif edir. Prezident İlham Əliyev çərşənbə axşamı Berlində kansler Olaf Şolts ilə görüşündən sonra deyib: "Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır". 2027-ci ilə qədər Bakının Avropaya tədarük etdiyi qazın həcminin bu il nəzərdə tutulan 12 milyarddan 20 milyard kubmetrə yüksələcəyi gözlənilir. “Bu, bizim ümumi ixracımızın yarısıdır.”
Əliyev öz ölkəsini əvvəlki təchizatçı Rusiyaya alternativ kimi təqdim edib. Ukraynaya hücumdan sonra ən azı on Avropa ölkəsi Azərbaycandan qaz tədarükündə maraqlı olduğunu bildirib.
Bu səbəbdən Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ötən ilin yayında Azərbaycana səfər edib və Bakı ilə yeni enerji tərəfdaşlığı barədə müqavilə imzalayıb...
Şoltz Azərbaycanı “əhəmiyyəti getdikcə artan tərəfdaş” kimi xarakterizə etməklə yanaşı, həm də canlı vətəndaş cəmiyyətinin vacibliyini vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinin tez və sülh yolu ilə həllinə çağırıb”... musavat.com

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar