Xəbər lenti
Qlobal Bakı Forumunda verilən vacib mesajlar: Azərbaycanın regionda və qlobal miqyasda artan nüfuzu – Deputat

Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Onun fikrincə, bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin Bakıda keçirilməsi xüsusi olaraq diqqəti cəlb edir: “Azərbaycanın artıq beynəlxalq təşkilatların vacib tədbirlərinin təşəbbüskarı və ev sahibi kimi yüksək təşkilatçılıq təcrübəsi də burada başlıca amil kimi önə çıxır. Bütün bunların fonunda ölkəmiz bu gün regional və qlobal miqyasda açıq dialoq mühitinə başlıca töhfə verən dövlət kimi qəbul edilir. Dövlətlər, müxtəlif siyasi qurumlar, iqtisadi birliklər, beynəlxalq təşkilatlarla qurulan yüksək münasibətlər və Prezident İlham Əliyevin qəbul olunan yüksək beynəlxalq nüfuzu Azərbaycanı bütövlükdə dünya siyasətinin reallaşmasında vacib, mühüm iştirakçıya çevrilməsini təmin edib. Məhz bu reallığın nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə beynəlxalq tədbirə ev sahibliyi edir. Bu mənada Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu qlobal dünyanı narahat edən və üzləşdiyi problemlərin müzakirəsi baxımından çox ciddi və nüfuzlu bir beynəlxalq platforma hesab olunur”.

Aqil Məmmədova vurğulayıb ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bundan əvvəl reallaşan forumundan ötən müddətdə bir sıra önəmli iqtisadi hadisələrin baş verdiyini diqqətə çatdırıb: “Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində Anlaşma Memorandumu imzalandığı, bu tarixi əhəmiyyətli sənədin hazırda uğurla icra olunduğu bildirilib. Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandumun imzalanması da bu mənada xüsusi ilə qeyd edilməlidir. Həmin memorandumda Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin 2027-ci ildə 20 milyard kubmetrə çatdıracağı nəzərdə tutulub. Bununla yanaşı Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair imzalanan sazişin də əhəmiyəti olduqca yükəsk dəyərləndirilib. Bütün bunların fonunda onu deməyə əsas yaranır ki, martın 11-də başa çatan X Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsi və sülhün təmin olunması üçün perspektivlər geniş müzakirə edilib”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar