Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dahi Heydər Əliyev ideyaları Azərbaycanın işıqlı yol xəritəsidir!

Tarix: 13-03-2023 09:43     Baxış: 3247 A- / A+
Qədim tarixi və mədəniyyəti olan Odlar yurdu Azərbaycanımız strateji coğrafi mövqeyinə, cəzbedici təbiətinə, əlverişli iqlim şəraitinə və zəngin  təbii sərvətlərinə görə dünya xəritəsində özünəməxsus gözəlliyi ilə seçilən ölkələr sırasındadır. 
Elə bu səbəbdən də ölkəmiz daim yadelli işğalçı dövlətlərin marağında olmuş, doğma ərazilərimiz zaman-zaman işğala və parçalanmaya məruz qalmışdır. Mənim əzəli torpağım, dədə-baba yurdum olan Kəlbəcər də məhz qeyd etdiyim zənginliklərlə dolu, zirvəli dağlarından axan göz yaşı kimi şəffaf suları, hər axınında həzin bir nəğmə oxuyan çayları, heyrətamiz meşələri və hər dərdə dərman olan bitkiləri ilə ecazkar bir gözəlliyə malik tarixi ərazidir. Əfsuslar olsun ki, igidlər oylağı, qeyrətli qız və gəlinləri, at belində mərd kişiləri olan dədə Şəmşir yurdu Kəlbəcər Birinci Qarabağ müharibəsində təcavüzkar erməni silahlı birləşmələrinin işğalına məruz qalmışdır. 1980-ci illərin sonu və 1990-cı illərin başlanğıcında erməni vandalları tərəfindən 20% torpaqlarımızın işğal olunduğu bir dönəmdə digər doğma bölgələrimiz kimi Kəlbəcərin də ərazisi  dağıntılarla üzləşir,  rayon əhalisi ağır işgəncələrə məruz qalır, əsir və ya girov götürülür, sakinlərimiz ata-baba yurdundan zorla çıxarılmışdı. 

Şəmşirtək dahini yetirmisən sən,
Dərdinə dözmədi Sücayət, Bəhmən. 
Çoxda sinəsinə döyməsin düşmən,
Onsuzda bizimdir,bizim Kəlbəcər! 


Bəli,bu sözlər həqiqətdə öz əksini taparaq, bizim zamanla toparlanıb, hər çətinliyə sinə gərən qəhrəman yurdun qəhraman övladları olduğumuzu sübuta yetirdi. 
Məlumdur ki, ölkəmizdə işğal dönəmində höküm sürən xaos, anarxiya, vətəndaş qarşıdurması, səriştəsiz ölkə rəhbərlərinin neqativ fəaliyyəti məhz 1988-ci ildən etibarən Azərbaycanın müsibətli tarixini yazmağa başladı. Faciələrlə, soyqırımı aktları ilə üzləşən xalqımız bütün qüvvəsini səfərbər edərək nicat yolunu axtarırdı, bütöv bir xalq olmaq diləyi ilə Uca Tanrıdan bir tarixi şans istəyirdi və ümid edirdi ki, Azərbaycan necəsə məhv olmaq təhlükəsindən xilas olacaqdır. 
Bəli, bütün dönəmlərdə hər əsrin, hər ölkənin fenomenal bir Liderə ehtiyacı olur!  Ona görə ki, O, Lider  məhz xilaskarlıq missiyası ilə bütün səmərəli fəaliyyətini ölkəsinin və xalqının maraqları naminə həsr edir və nəticədə öz yurdunu məhv olmaqdan xilas edir. 
Heydər Əliyev- O,  elə Zirvəli Dağdır ki, Onun mənalı və şərəfli ömrünü, müdrik siyasi fəaliyyətini bir mövzuya və ya bir məqaləyə,hətta çox cildli bir kitaba belə sığdırmaq qeyri-mümkündür! Çünki, Heydər Əliyevin parlaq və iti zəkası məhz qeyri-mümkün olmayanları mümkünə çevirdi. Xalqımız təkidli tələblə Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət edən zaman ən böyük və ən düzgün tarixi addımı atmış, zamanla dahi şəxsiyyətimiz tərəfindən həyata keçirilən bənzərsiz siyasət nəticəsində azərbaycanlılar bir daha əmin olmuşdur ki, onlar düzgün və zamanında qərar veriblər ki, məhz bunun da əbədi  sevincini sadəcə keçmiş nəsillər deyil, bugünkü və gələcək nəsillərdə yaşayır, yaşayacaqdır.  
Bu danılmaz tarixi faktdır ki, Ümummilli Liderimiz, Böyük tarixi şəxsiyyətimiz dahi Heydər Əliyev olmasa idi bugünkü müstəqil müasir Azərbaycan dövləti də var olmayacaqdı! İstər Sovet dönəmində, istərsə də 1993-cü ildən həqiqi müstəqilliyimizin bərpa olunduğu vaxtdan etibarən başlayan bu  şanlı yollardan 2003-cü il tarixinədək əvəzolunmaz Liderimizin Azərbaycan naminə həyata keçirdiyi düzgün və məqsədyönlü siyasi fəaliyyət ölkəmizdəki bütün sferaları əhatə etmiş, ölkəmiz böyük inkişaf yoluna çıxmış, beynəlxalq aləmə uğurlu inteqrasiya etmiş, eyni zamanda Azərbaycan dünyanın siyasi xəritəsindən silinmə təhlükəsinə birdəfəlik son vermişdir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev 1994-cü ildə Atəşkəsin imzalanmasına nail olmasa idi, biz nəinki ərazilərimizi, milli kimliyimizi belə itirəcəydik. Azərbaycan xalqı öz Liderini 2003-cü ildə cismani olaraq itirsə də, bu Dahinin əziz xatirəsi bizim qəlbimizdə daim sevilir, əbədi olaraq seviləcək və anılacaqdır.  Biz bugün Heydər Əliyevin qurduğu müstəqil, demokratik və hüquqi dövlətin vətəndaşları kimi böyük fəxr hissi keçirir və bir daha şahid oluruq ki,  Dahi Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan, güclü Strateq, Möhtərəm Prezident, Zəfər Sərkərdəmiz cənab İlham Əliyevin bənzəri olmayan müdrik siyasi fəaliyyətində  Ümummilli Liderin ideyaları əks olunur ki, xalqımızı xoşbəxt gələcəyə aparan bu müdrik ideyalar bugün də yaşayır, gələcəkdə də yaşayacaqdır. 
Ulu Öndərimiz daim milli maraqlarımızı hər şeydən üstün tutur və xüsusilə qeyd edirdi ki, biz doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyik, öz ərazilərimizi, çaylarımızı, dağlarımızı, dərələrimizi görəcək, əbədi olaraq ata-baba yurdumuza Qayıdış edəcəyik. Bəli, bu tarixi kəlamları reallaşdıram Ali Baş Komandanımız cənab İlham Əliyevə və cənab Prezidentin peşəkar rəhbərliyi altında rəşadət göstərən Müzəffər Ordumuza eşq olsun! 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmiz sadəcə doğma torpaqlarımızı düşməndən azad etmədi, bu möhtəşəm Qələbə əsrlərdir davam edən erməni işğalına, təcavüzünə son qoydu, XX əvvəlində baş vermiş soyqırımı aktlarının, 20 Yanvar, Xocalı soyqırımı qurbanlarının, ümumilikdə həlak olan bütün  həmvətənlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı! Qarabağ və ətraf rayonlarımızın, xüsusilə Laçının, Ağdamın və doğma Kəlbəcərimin heç bir münaqişə olmadan azad olunması məhz Prezident İlham Əliyevin həm döyüş meydanında Müzəffər Sərkərdə, həm də diplomatiyada ən güclü Strateq olduğunun bariz nümunəsi idi!  
Kəlbəcərin azad olunması xəbəri elan olunanda gözlərimdən süzülən sevinc yaşları hələ də yanağımdan qurumayıb. Ona görə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ard-arda möhtəşəm Qələbə xəbərlərini elan etməsi,aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən sonra xalqımızın Böyük Qayıdışı, doğma Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılması və digər tarixi torpaqlarımıza Qayıdış müjdələri sevinc yaşı üzərinə sevinc yaşı gətirir! 



















Vidadi Murtuzayev
Yevlax Şəhər İcra Hakimiyyəti

Başçısı aparatında Hüquq şöbəsinin müdiri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar