Xəbər lenti
Deputat Müşfiq Məmmədli “Özümüzü kəşf edək” layihəsinin təqdimat mərasimində iştrak edib -ŞƏKİLLƏR
Milli Məclisin üzvü Müşfiq Məmmədli "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İB-nin “Özümüzü kəşf edək” layihəsinin təqdimat mərasimində iştirak edib.
Deputat M.Məmmədli Manevr.az-a bildirib ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin “Özümüzü kəşf edək” layihəsinin təqdimat mərasimində deputat Vüqar İskəndərov, 44 günlük Vətən müharibəsi qaziləri, 26 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu, Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini Eduard Məmmədov, Mirzə Ələkbər Sabirin nəvəsi, şairin adını daşıyan fondun rəhbəri Sevda Tahirli və digər ictimaiyyət nümayəndələri iştirak ediblər:
"Tədbir Sabunçu Gənclər Evində keçirildi. İlk olaraq çıxış edən “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyinin sədri Aynur Məmmədova gələn qonaqları salamladı. Həyata keçirilən layihənin məqsədi barədə məlumat verdi. Öz növbəmdə mən də çıxış edərək bu tip layihələrin əhəmiyyətindən söhbət açdım, dövlətimizin xüsusən Heydər Əliyev fondunun fiziki məhdudiyyətli vətəndaşlarımıza olan diqqətindən, 1-ci vitse-prezident xanım Mehriban Əliyevanın göstərdiyi qayğıdan bəhs etdim. Sonda layihə çərçivəsində fərqlənən şəxslər təltif olundu, həmçinin, onlarla xatirə fotosu çəkildi. Tədbirə dəvətə görə İctimai birliyin sədri Aynur Məmmədovaya təşəkkürümü bildirirəm", deyə vurğulayıb.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar