Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qanun layihələrinin təkmilləşməsində parlament mühüm rol oynamışdır"- Deputat

Tarix: 11-03-2023 11:51     Baxış: 3172 A- / A+

"Bildiyimiz kimi, ölkəmizdə 2020-ci ildə növbədənkənar parlament seçkiləri keçirilmişdir. Növbədənkənar seçkilərin kecirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları daha da dərinləşdirmək idi. Ötən üç il müddətində dövlətimizin inkişaf etməsində, yeni islahatların tərkib hissəsi kimi qanun layihələrinin təkmilləşməsində parlament mühüm rol oynamışdır".
Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı deputatların, ümumən parlamentin daha dinamik fəaliyyət göstərməsini zəruri etdi:
"Milli Məclis olaraq qarşımızda duran mühüm vəzifə dəyişən və inkişaf edən həyatımızda qanunların daha mütərəqqi olması, vətəndaşların rifahına xidmət edən qərarların verilməsi, zamanla ayaqlaşmasıdır. Bu yöndə parlamentin sədri xanım Sahibə Qafarova başda olmaqla daim fəaliyyətimizi təkmilləşdirir, qanunvericilikdə təklif olunan təşəbbüslərin qəbul olunmasında dövlətimizin maraqlarına uyğun olaraq lazımi addımlar atılır. Təbii ki, ölkə rəhbərinin parlamentə verdiyi tövsiyyələr əsas götürülür və siyasi strateji yol prioritet hesab olunur",- deyə siyasətçi bildirib.
Deputatın sözlərinə görə, öz çıxışında Prezident İlham Əliyev vurğulamışdır ki, məsuliyyət ən vacib məsələlərdən biridir. Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq:
"Ötən 3 il müddətində ölkə rəhbərinin çıxışını əsas tutaraq parlament bu istiqamətdə mühüm işlər həyata keçirmişdir. Xüsusən, parlament diplomatiyasının dinamik inkişafı hamımızı daha da ruhlandırır. Bundan sonraki dövrdə də fəaliyyətimizi daha da artırmalıyıq. Çünki dövlət olaraq istəyimiz daha güclü, daha inkişaf etmiş Azərbaycandır", - deyə M.Məmmədli fikirlərini tamamlayıb.

Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar