Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda kosmetoloq fahişəliyə görə məhkum edildi

Tarix: 07-03-2023 08:54     Baxış: 4299 A- / A+
Bakıda kosmetoloq fahişəliyə görə məhkum edildiBakıda iki qadını fahişəliyə cəlb etdiyinə görə barəsində cinayət işi açılmış 1991-ci il təvəllüdlü kosmetoloq Fidan Xəlilovanın (şərti ad-soyadlı) məhkəməsi başa çatıb.

Paytaxtdakı özəl estetik klinikalardan birində çalışan F.Xəlilova Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, F.Xəlilova onunla daha əvvəl bir yerdə işləmiş qadını və dayısı qızını pul qarşılığında intim münasibətdə olmaq məqsədilə müxtəlif şəxslərlə görüşdürüb. Bu məqsədlə o, sosial şəbəkələrdə səhifə yaradıb və kişi cinsindən olan şəxslərlə tanış olaraq onlarla 200-300 manat qarşılığında görüş təyin edib. Daha sonra isə Fidan görüşlərə həmin qadınları göndərib. O, hər görüşdən 50-100 manat gəlir əldə edib.

Xətai Rayon Məhkəməsində F.Xəlilova barəsindəki iş üzrə məhkəmə prosesi martın 2-də başa çatıb. Məhkəmə onu 2500 manat cərimə cəzasına məhkum edib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar