Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

4 erməni zabiti hansı sənədi aparırmış? – Polkovnik açıqladı

Tarix: 06-03-2023 21:48     Baxış: 3320 A- / A+

Bunu hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Onun fikrincə, həmin təxribatdan sonra Ermənistan Xarici İşlər Nazirliyinin guya o silahlı ermənilərin hansısa bir sənəd apardığına dair gülünc açıqlaması mənasız yanaşmadır: “Sual olunur ki, hansısa bir sənədi aparmaq üçün üç yüksək rütbəli zabitlə arxa yollardan istifadəyə nə ehtiyac var idi? Sadəcə olaraq onlar təxribatı məhz bu istiqamətə yönəldiblər. Ona görə də, bu, düşünülmüş şəkildə atılan addımdır”.

Hərbi ekspertə görə, indiki həssas dönəmdə bu cür təxribatın baş verməsi bütün planları açıq şəkildə göstərir: “Rusiya istəmir ki, Azərbaycanla Ermənistan arasında sülh olsun və yaxud hansısa bir təmas qurulsun. Məsələyə elə bu cür də qiymət vermək lazımdır. Çünki rus sülhməramlıları Laçın-Xankəndi yoluna alternativ hansısa yolun istifadəsinə imkan yaratmamalı idi. Görünür, bu məhz onlar üçün zəruri olanda təxribatları həyata keçirmək üçün ehiyatda saxlanılmış bir “plandır”.

Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliyinin verdiyi açıqlamalarla bağlı konkret addım atılmalıdır: “Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin yaradılması ilə bağlı konkret iş görülməlidir. Bu olmayacağı təqdirdə təxribatlar davam edəcək. Qısa zamanda həmin yolda Azərbaycan tərəfindən postlar qurulmalı idi”. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar