Xəbər lenti
Paşinyanı sərxoş sürücüyə bənzətdilər
"Sən avtomobili onun qayğısına qalmada idarə edirsən.
Sən 2018-ci ildə avtomobili oğurladın, əlbəttə, o avtomobil mükəmməl deyildi, amma onunla yola çıxmaq olurdu. Sən sadəlövh sərnişinlərə təhlükəsiz və "xoşbəxt" hərəkət vəd edərək oğurlanmış avtomobilin sükanı arxasına keçdin.Əvəzində bu maşını bordürlərə vurmağa başladın, texniki baxışdan keçirtmədin, ustaya aparmadın. Bu müddət ərzində sənin törətdiyin qəzalardan bir neçə min sərnişin həlak oldu.
Sən "TOYOTA"-nı "LAMBORGHINI"-yə çevirəcəyinizə söz vermişdin, amma maşını "Zaporojets"-ə çevirdin".
Press.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz "Facebook" səhifəsində Baş naziri Nikol Paşinyana müraciətində yazıb.
O, Ermənistanı sınıq -salxaq avtomobilə bənzədib:
"Onu da unutmayaq ki, bu avtomobili idarə edərkən daim sərxoş olursan. Sən nəinki maşın sürməyi bilmirsən, nəinki yolu azırsan, hətta sürücülük vəsiqən də yoxdur. Obyektiv baxış keçirilsə, vəziyyətinə görə heç elementar "psixo" da əldə edə bilməyəcəksən",-deyə o, Baş nazirin psixi durumuna da işarə edib. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar