Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıya silahlı hücum - DİN darmadağın etdi

Tarix: 05-03-2023 08:40     Baxış: 3224 A- / A+


Bu gün (artıq dünən – 4 mart) Xətai rayonundakı Bakının ən böyük hipermarketlərindən olan “Bravo”dakı “Unibank” bankomatına hücum və bank mühafizəçisinin öldürülməsi, əməkdaşının isə yaralanması ölkə gündəmini tamamilə zəbt etdi

Bu, sıradan silahlı basqın və qarət deyildi:

1. Bakının ən böyük hipermarketlərindən birinə - məhz “Bravo”ya – hücum edilir;

2. Hadisə günün günorta çağı, saat 12 radələrində, insanların ən gur olduğu yerdə baş verir;

3. Hücum edənlərin birində avtomat silah var...

Qarət üçün qətiyyən doğru məkan və vaxt seçilməmişdi. Qeyri-rəsmi məlumata görə, cinayətkarlar cəmi 110 min manat pul aparıblar ki, bu da belə böyük səs-küy doğuracaq hadisə ilə müqayisədə simvolik rəqəmdir. Həmçinin basqınçılardan biri hücum edərkən mühafizəçinin dərhal başından güllələyir və onu qətlə yetirərək, çölə qaçır.

Məkanın və vaxtın qeyri-peşəkar seçilməsinə baxmayaraq, hücum edənlər kifayət qədər peşəkar və soyuqqanlı davranırdı. Bəs, niyə belə peşəkar qətl törətməyə qadir amansız soyğunçular gündüz, insanların çox olduğu və hər yerdə kameraların anbaan hər şeyi bir neçə rakursdan qeydə aldığı məkana girməlidirlər?

Bu, əslində Azərbaycan hüquq-mühafizə orqanlarına meydan oxumaq, Azərbaycanda stabilliyin heç də göründüyü kimi olmadığı təəssüratını yaratmaq cəhdi idi.

Əlbəttə, ABŞ-da marketlərdə hər gün belə qətliamlar barədə xəbərlər gəlir. Ancaq Azərbaycan - xalq və dövlət olaraq tamamilə fərqli ənənələrə söykənən ölkədir və bu ölkə üçün belə hallar xarakterik deyil.

Bu baxımdan Daxili İşlər Nazirliyinin hansı operativ addımlar atacağı günorta saatlarından sosial şəbəkələrdə müzakirəyə çıxarıldı. Hətta DİN-ə qarşı ciddi iradlar və ittihamlar da səslənməyə başlamışdı və təkcə ölkədən kənardan deyil, daxildən də...

DİN-in fövqəladə səfərbər olunduğuna şübhə yox idi. Hər şey isə ardıcıl informasiyalarla davam edirdi:

- heç nə gizlədilmədi – hipermarketin daxili kameralarının qeydə aldığı hücum anı belə dərhal ictimailəşdirildi;
- həlak olan mühafizəçi ilə bağlı bütün məlumatlar qısa müddətdə rəsmən elan edildi;

- cinayətkarların yaxalanması istiqamətində ən operativ tədbirlər görüldü və ictimaiyyət az qala bütün addımlardan – təbii ki, əməliyyat məlumatları istisna olmaqla – anbaan xəbər tuturdu.

Ölkənin daxilindən, xaricindən “Polis əgər bu gün cinayətkarları zərərsizləşdirməsə...” deyə hədələmə də gəlirdi: sanki bu kütləvi məkana səs-küylü hücumun ardınca DİN strukturlarına informasiya savaşı başlayacağının anonsu verilirdi – bütün istiqamətlərdə bu “savaşı” əsaslandıracaq "baza", "özül" hazırlanırdı.

Və gün başa çatmamış DİN bütün vizual savaş və "ehtimali-hücum" ssenarilərini darmadağın etdi: basqınçıların gizləndiyi məkan müəyyən edildi və anında da əməliyyat keçirildi – “avtomatlı”ya müqavimət üçün aman da verilmədi, dərhal zərərsizləşdirildi, digəri isə yaxalandı.

DİN – bu hadisə ilə ona açılan informasiya atəşinə sürətlə və peşəkarcasına reaksiya verməklə, bütün info-döyüş mövqelərini məhv etdi.

Artıq kimsə DİN-in qeyri-operativ və qeyri-peşəkar olması haqda bir kəlmə də yazmır.

Daha kimsənin polisin Azərbaycanda stabilliyin qarantı olduğu haqda daşlaşmış rəyə qarşı çıxış etmə şansı yoxdur.

Əməliyyat bitməyib: polis hücum edənləri zərərsizləşdirib, indi isə hücumun arxasındakıları yaxalamaqda israrlıdır.

Bir daha o fikirdəyik ki, bu hücumun arxasından çox çirkli niyyət və kirli əllər çıxacaq və bu əllərin Tehrana qədər uzanacağı ehtimalı da böyükdür.

Fakt isə faktlığında qalır: polis anında qatilləri zərərsizləşdirdi, bütün istiqamətlərdə nəzarəti əlinə aldı.

Bunun üçün ən ciddi riskə də getdi – yalnız özündən arxayın olan peşəkarlar şəhərin mərkəzində, insanların sıx olduğu məkanda kimsənin burnu qanamadan belə möhtəşəm əməliyyat keçirə bilər!

DİN bunu bacardığı üçün Azərbaycan vətəndaşları bu gecə də rahat yata bilərlər. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar