Xəbər lenti
Lavrovun Paşinyandan xoşu gəlmir, amma...
3 Mart 2023, 22:23Bu yaxınlarda Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıdan sonra İrəvana getməməsi müzakirələrə səbəb olub. Bir çoxları hesab edir ki, Rusiyanın baş diplomatının Ermənistana səfər etməməsi Moskva və İrəvan arasında diplomatik münasibətlərin pozulmasından irəli gəlir.
Cənubi Qafqaz ətrafında gedən prosesləri şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyanın xarici işlər naziri adətən bölgəyə səfər edəndə balans naminə Azərbaycanda və Ermənistanda olardı. Lavrov bu dəfə ancaq Azərbaycana səfər etdi, Ermənistana getmədi, bəziləri bunun Moskvanın İrəvanı cəzalandırması anlamına gəldiyini bildirr.
"Lavrovun və onun Kremldəki sahibinin Ermənistanın baş naziri Nikol Paşinyandan və onun siyasətindən xoşları gəlmir. Ancaq bu, Kremlin Ermənistandan imtinası demək deyil. Belə də oldu. Lavrov İrəvana getməsə də erməni həmkarı Ararat Mirzoyanla uzaq Hindistanda görüşdü. Dehlidə görüş təsadüfə oxşamırdı. Sergey Lavrov Hindistanda G20 XİN rəhbərlərinin görüşündə iştirak edirdi, Ararat Mirzoyan isə “Risin dialoqu” konfransında iştirak etmək üçün Dehlidə işgüzar səfərdə idi və necə oldusa iki nazir bir-birini uzaq ölkədə tapdı. Lavrovla Mirzoyanın görüşü əvvəlcədən planlaşdırılmışdı. Əgər Lavrov Paşinyanın siyasətindən və komandasından narazıdırsa, İrəvana getmədiyi kimi Mirzoyanla uzaq Dehlidə görüşməməli idi. Ancaq bu bizim yaxşı tanıdığımız Lavrovdur", - deyə politoloq əlavə edib.
Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın paytaxtı Yeni Dehlidə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər.
Görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə sadiqliyin zəruriliyi vurğulanıb. Tərəflər həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə toxunublar. modern.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar