Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Heydər Əliyev İli” çərçivəsində Şirvan Kommersiya Məhkəməsi tərəfindən sahibkarlarla dəyirmi masa keçirilib -ŞƏKİLLƏR

Tarix: 03-03-2023 19:16     Baxış: 3400 A- / A+
“Heydər Əliyev İli” çərçivəsində Şirvan Kommersiya Məhkəməsi tərəfindən bir qrup sahibkarlarla dəyirmi masa keçirilib.
Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə Prezidenti tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunaraq Ulu Öndərin anadan olmasının 100 illiyi məhkəmələrdə də geniş qeyd edilir, bu münasibətilə Ümummilli Liderin zəngin və çoxşaxəli irsinə həsr olunan tədbirlər keçirilir. Martın 3-də Şirvan Kommersiya Məhkəməsi tərəfindən məhkəmənin yurisdiksiyasına aid şəhər və rayonlarda fəaliyyət göstərən bir qrup sahibkarlarla dəyirmi masa keçirilib.

Manevr.az-ın bildirdiyinə görə, tədbirdə Şirvan apellyasiya və kommersiya məhkəmələrinin hakimləri və aparat işçiləri, Ədliyyə Nazirliyinin və Şirvan regional ədliyyə idarəsinin, Mediasiya Şurasının təmsilçiləri iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şirvan şəhərində ucaldılmış abidəsi ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Dəyirmi masanın açılışında xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhkəmələrdə və ədliyyə orqanlarında keçirilən silsilə tədbirlərdən danışılıb, təməli ulu öndər tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının vətəndaşların, o cümlədən sahibkarların etibarlı məhkəmə müdafiəsi hüququnun təmin olunmasına xidmət etdiyi vurğulanıb.
Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini Zaur Allahyarov Vətəninə və xalqına sıx bağlı olan ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu haqqında danışıb, Ulu Öndərin milli dövlətçiliyimizin bərpasında, ölkəmizin dərin böhrandan çıxaraq uğurlu inkişaf yoluna qədəm qoymasında misilsiz xidmətlərini qeyd edib. Bildirib ki, Ümummilli Liderin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə nəhəng irəliləyişlərə nail olunub, ölkə iqtisadiyyatı dünyanın aparıcı iqtisadiyyatları ilə müqayisə edilə biləcək səviyyəyə çatıb, insanların rifahı yüksəlib, Azərbaycan xalqının uzun illər həsrətində olduğu doğma torpaqlarımız düşməndən azad edilib. Vurğulayıb ki, Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayır və dərin ehtiramla yad edilir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları, bu sahədə əldə edilən nailiyyətlər və müasir çağırışlar barədə danışan Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə ölkəmizdə azad sahibkarlıq mühitinin formalaşdırılmasında, sahibkarlıq sahəsində fəaliyyətin normativ əsaslarının müəyyən edilməsi, sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin qorunması sahəsində qanunvericilik bazasının yaradılmasında Ulu Öndərin əvəzsiz xidmətlərindən bəhs edib. Bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrlər aparılan mütərəqqi islahatlar çərçivəsində məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsi, vətəndaşların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, o cümlədən sahibkarlıq subyektlərinin hüquq və qanuni maraqlarının qorunması ilə bağlı mühüm qanunvericilik, institusional və digər əməli işlər aparılıb. Bu sahədə “Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı mühüm “yol xəritəsi” olmaqla ardıcıl tədbirlər görülür. Dəyirmi masada kommersiya məhkəmələrinin fəaliyyət istiqamətləri və ona müraciət qaydaları, kommersiya mübahisələrinə dair işlərə yuxarı instansiya məhkəmələrində baxılmasının xüsusiyyətləri, mübahisələrin məhkəmədən kənar həlli institutu olan mediasiya prosesi ilə bağlı çıxışlar edilib, “Elektron məhkəmə” informasiya sisteminin funksional imkanları, o cümlədən “Şəxsi elektron kabinet” barədə məlumat verilərək əyani təqdimat nümayiş etdirilib. Sonra geniş fikir mübadiləsi aparılaraq tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar