Xəbər lenti
Erməni icmasının reinteqrasiya prosesi başlamalıdır: Azərbaycanın mövqeyi ortadadır – Aqil Məmmədov
Azərbaycan tolerant ölkədir və erməni icması da dövlətimizin qanunları çərçivəsində normal yaşamaq hüququ əldə edə bilər. Çünki Qarabağ və onun ətrafında olan ərazilər Azərbaycanın süverenliyinə daxildir. II Qarabağ müharibəsindən sonra Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. Separatizmə sarsıdıcı zərbə vurulub. Ona görə də, bu gün Azərbaycan ərazisində separatizmə yol açacaq addımlara imkan verilməyəcək. Güclü Azərbaycan dövləti buna imkan verməyəcək. Ölkə ərazisində yaşamış və sonradan bu ərazilərə gəlməmiş erməni əsilli insanlar da Azərbaycan Konstitusiyasının digər vətəndaşlar üçün verdiyi imkanlardan faydalanacaq.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan erməni əsilli insanları Azərbaycan dövləti öz vətəndaşları kimi qəbul edir: “Prezident İlham Əliyev də bəyan edib ki, orada yaşamış erməni əsilli insanlara ölkə qanunları çərçivəsində hər bir hüquq veriləcək. Amma bunun əksinə çıxanlar üçün sərhədlərimizdən kənarda istədikləri yerdə yaşamaq seçiminə malikdirlər”.
Deputat deyib ki, Vətən Müharibəsindən sonra Azərbaycan tərəfi Qarabağda yaşayan erməni icması ilə müxtəlif təmaslar qurmağa çalışıb: “Amma sonradan bu əraziyə göndərilmiş Ruben Vardanyan kimi təxribatçılar məhz bu prosesi pozub. Çünki kənar qüvvələrin məqsədi o idi ki, burada yaşayan erməni əsilli insanların Azərbaycana reinteqrasiyası ləngisin. Bunun üçün də mümkün qədər prosesdə pozucu mövqedən çıxış edən şəxslərin əli ilə təxribatlara əl atılırdı. Amma elə ermənilərin özlərinin əli ilə R.Vardanyan artıq bu məsələdə pozuculuq etmək imkanlarından məhrum edilib. Ona görə də, Azərbaycan tərəfi erməni icması ilə təmaslar qurmağa başlayıb”.
Aqil Məmmədov bildirib ki, Qarabağda erməni icması ilə baş tuttan ilk görüş onların azərbaycana inteqrasiyası baxımından təsirli addım olacaq: “Nəhayət onlar da burada sivil dəyərlər və şərtlər altında normal sosial təminatla yaşamağın necə olduğunu dərk edəcəklər. Amma bunu tam dərk edilənə qədər bu cür görüşlərin, təmasların bundan sonra da olması mümkündür”.
Millət vəkilinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan özünün süveren ərazisində hər bir vətəndaşının himayəçisi olmağa hazırdır: “Ölkəmizdə dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəs eyni, bərabər şəraitdə yaşayır. Bundan sonra da bu tolerant dəyərlər özünün bütün xarakteri ilə dövlətimizin daha da güclənməsinə sülhə və təhlükəsizliyə mühüm töhfə olacaq”.
Qeyd edək ki, martın 1-də Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilən Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar