Bərabərliyi və ədaləti təbliğ edən Qoşulmama Hərəkatının məqsədləri pandemiya ilə mübarizə çərçivəsində həlledicidir və ticari əlaqələrin bərpa olunması, həmçinin pandemiyanın aradan qaldırılması üçün platforma yaradılmalıdır.
Manevr.az bildirir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti çərçivəsində çıxışında deyib.
Sammitdə çıxış edən Prezident S.Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə sammitin keçirilməsinə görə təşəkkür edib və Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinə verdiyi töhfəni yüksək dəyərləndirib.
Türkmənistan Prezidenti həmçinin patogenlər üzrə vahid informasiya bankının yaradılmasını təklif edib və bankın yeni təhlükələrin qarşısının alınmasında köməklik edə biləcəyini qeyd edib. O həmçinin Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 qlobal pandemiyasına qarşı mübarizədəki uğurlarını nəzərə alaraq təşkilatla sıx əməkdaşlığın davam etdirilməli olduğunu qeyd edib.
S.Berdiməhəmmədov habelə xəstəliklə mübarizənin sülh şəraitində mümkün olduğunu əlavə edib. Türkmənistan Prezidenti bu kontekstdə ölkələri sülhün bərqərar olmasına və münaqişə vəziyyətlərinin aradan qaldırılmasına köməklik göstərməyə çağırıb.
Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.trend.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar