Xəbər lenti
Bakıda yol polisi qaydanı belə pozdu -VİDEO
Bakıda Dövlət Yol Polisinin əməkdaşı yol hərəkəti qaydasını pozub.
Manevr.az xəbər verir ki, yol polisinin qayda pozuntusunu əks etdirən videonu Xəyyam Hüseynli adlı istifadəçi sosial şəbəkədə paylaşıb.
Videodan görünür ki, sürücü hərəkətdə olarkən yolun sağ tərəfindən DYP əməkdaşı xidməti avtomobili ilə qəfildən yola çıxaraq əks istiqamətdə hərəkət edib.
Həmin an DYP maşınının sayrışan işıq və xüsusi səs siqnalı qoşulu olmayıb. Hadisə aprelin 28-də baş verib.
Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov İstiPress-ə bildirdi ki, əgər avtopatrulu idarə edən müfəttiş qaydanı pozubsa, günün sonunda cəzalandırılacaq.
"DYP-nin hər bir xidməti avtomobili müasir texnologiyalarla təmin edilib və onlar xüsusi operatorlar tərəfindən izlənilir. Əgər həmin ərazidə müfəttiş qaydanı pozubsa, cəzalandırılacaq. Sayrışan işıqları və xüsusi səs siqnalından niyə istifadə etmədiyi araşdırılacaq”, - deyə V.Əsədov bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar