Xəbər lenti
Şirvan Kommersiya Məhkəməsində geniş hesabat iclası keçirilib -ŞƏKİLLƏR
Şirvan Kommersiya Məhkəməsində 2022-ci ilin yekunlarına həsr edilmiş geniş hesabat iclası keçirilmişdir.
İclasda Məhkəmənin sədri və hakimləri, məhkəmə aparatının işçiləri iştirak etmiş, tədbir zamanı məhkəmənin sədri çıxışında bildirmişdir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra təməli Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, başlıca məqsədi dövlətin inkişafı, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəldilmiş məhkəmə-hüquq sahəsində əsaslı islahatlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam etdirilir. Aparılan islahatlar zamanı cəmiyyətimizin demokratikləşməsinə, insan hüquqlarının qorunmasına, məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılmasına xüsusi önəm verilir. Məhkəməyə əlçatanlığın məhkəmə sisteminin quruluşundan, xüsusilə ixtisaslaşdırılmış və regional məhkəmələrin fəaliyyətindən çox dərəcədə asılı olduğu nəzərə alınaraq, ölkə başçımız cənab İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzalanmış 19 yanvar 2006-cı il və 15 iyul 2010-cu il tarixli fərmanlarla bu sahədə institusional islahatlar davam etdirilmişdir. Ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ölkəmizdə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini və məhkəmə sisteminin inkişafını şərtləndirmişdir. Belə ki, həmin fərmanda nəzərdə tutulmuş işlərin icrası çərçivəsində digər mühüm tədbirlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə yeni regional kommersiya məhkəmələri yaradılmış, o cümlədən Şirvan Kommersiya Məhkəməsi 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlamışdır. Cənab Prezidentin apardığı genişmiqyaslı hüquq islahatları öz növbəsində səmərəsini göstərmiş, hakim korpusunun yüksək bilik və bacarığı, peşəkarlığı və mənəvi saflığı ilə fərqlənən hüquqşunaslarla genişləndirilməsi mühüm dəyişiklərə səbəb olmuşdur. Kadr islahatlarında növbəti mühüm mərhələ olan ölkə Prezidenti tərəfindən ötən ilin sonunda və 2023-cü ilin yanvar ayında apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə bağlı aparılmış təyinatlar fəaliyyətin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət etmişdir.
Sədr çıxışında hesabat dövrü ərzində Şirvan Kommersiya Məhkəməsi tərəfindən vətəndaşlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, hakim və məhkəmə aparatının əməkdaşlarının qeyri-prosessual hərəkətlərə yol verməməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.
2022-ci il ərzində baxılan işlər üzrə statistik göstəricilər haqqında məlumat verən məhkəmənin əməkdaşı Cəlal Qurbanov bildirmişdir ki, 2022-ci il üzrə məhkəmənin icraatında 3243 iş olmuş, onlardan 3018 iş 2022-ci il ərzində daxil olmuş, 225 iş isə hesabat dövrünün əvvəlinə qalıq qalmış, qətnamə çıxarılmış işlərin sayı 2428 olmuş, onlardan 2102 iş üzrə iddia təmin edilmiş, 269 iş üzrə iddia qismən təmin edilmiş, 57 iş üzrə isə iddia təmin edilməmiş, 89 iş üzrə baxılmamış qalan iddialar olmuş, 9 iş aidiyyəti üzrə başqa məhkəməyə göndərilmiş, 347 iş geri qaytarılmış, 34 iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, 74 iş üzrə icraata xitam verilmiş, ümumilikdə 2991 işə baxılaraq yekunlaşdırılmışdır. Hesabat dövrünün sonuna yekunlaşmayan işlərin qalığı 252 olmuş, 4 aydan yuxarı icraatda olan işlərin sayı 33 olmuş, məhkəməyə verilən ərizələr üzrə dövlət nəfinə 2022-ci il ərzində 17649.68 manat dövlət rüsumu ödənilmişdir.
Həmçinin iclasda hesabat dövrü ərzində baxılan işlər, daxil olan şikayətlər və yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və ya dəyişdirilmiş işlər müzakirə edilmiş, məhkəmənin sədri tərəfindən 2021-ci illə müqayisədə 2022-ci ildə baxılan işlərin müqayisəli təhlili aparılmış və hakimlərlə ayrı-ayrı müzakirə edilmişdir.
Sonda Şirvan Kommersiya Məhkəməsinin 2023-cü ildə qarşıda duran vəzifələri müzakirə edilərək tədbir yekunlaşmışdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar