
Xəbər lenti
Siyasətçi onlayn iclasa çılpaq çıxdı

O, duşdan təzəcə çıxıb və Zoom konfransı başlayanda yayımı dərhal söndürə bilməyib.
Yerli şuranın deputatlarının çağırış elanı zamanı Sosial Demokrat Partiyasının nümayəndələrindən biri Alberto-İosif Karayanın evində avtomatik olaraq veriliş açılıb ki, onun açıq-aydın bunu heç gözləmədiyi hiss olunur. Kişi duşdan təzəcə çıxıb və həmkarlarının ekranlarında xoşbəxtlikdən yalnız belinə qədər çılpaq görünüb.
Onun efirə çıxmasını həmkarları gülüşlə qarşılayıblar. “Alberto, kameranı söndür”, - deyə qışqırıblar.
"Siz məni eşidirsinizmi? Salam. Mən eşidilirəmmi?” - təəccüblənən deputat nəinki eşidildiyini, həm də yaxşı göründüyünü hələ dərk etmədən soruşub.
Bir neçə saniyədən sonra o, ekranlardan itib və hamı rahat nəfəs alıb. Amma kamera yenidən işə düşüb və çılpaq deputat bəhanə gətirməyə davam edib: "Bağlaya bilmirəm. Çox təəssüf edirəm. Çox soyuqlamışam, amma yayımı necə dayandıracağımı bilmirəm. İnternetə girdim...”
O, daha sonra onlayn görüşə geyinərək qatılıb və baş verənlərə görə üzr istəyib. “Texnologiya bəzən bizimlə oyun oynayır. Təəssüf ki, tələskənliyim məni biabır etdi. Bu xoşagəlməz hadisəyə görə üzr istəyirəm”, - rumıniyalı siyasətçi daha sonra sosial şəbəkədəki səhifəsində yazıb. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar