Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

O gün Xocalıda dünya qaraldı...

Tarix: 26-02-2023 14:45     Baxış: 3250 A- / A+
Akəm Xaqan


Mən həyatımda ilk dəfə insanın insana yaşada biləcəyi ən ağır faciənin ağrısı, acısına izlədim o gün. Zülmə, zorakılığa, qan
hərisliyinə,  didişmə və müharibələrə qarşı etiraz və lənətlə bağırdım. İçimdən püskürən alovu göz yaşıyla ram edərək vərəq üzərinə köçürdüm. O gündən sonra o dəhşəti izləyəcək səbrim qalmadı...

XOCALI

O gün Xocalıda dünya qaraldı,
Tarixin ən ağır zülməti qaldı...
Günün də gözləri açılmadı heç;
Göylər nalə çəkdi, sinə dağladı...
Ay da görünmədı, qara bağladı...

Başını götürüb nə qədər adam
Üzü qaranlığa qaçdı qaradan...
Bir ana susdurdu körpə səsini,
Ağrıdan, acıdan zarıdı gecə.
Zülümdən, zillətdən qarıdı gecə.

Dumana bürünüb gəldi o səhər...
Heyrətdən bayılmış onca kənd, şəhər...
Gözləri dolmuşdu Allahin belə;
Rəngi, ruhu qaçmış, donmuş adamlar...
Sahibsiz ünvanlar, üşüyən damlar..

O gün Xocalıda qətliyam oldu.
Yerə də, göyə də sığmayan oldu.
Sən dünya çapında cinayətə bax;
Ölmüşü yenidən öldürən "adam"!?
Odunu, közünü söndürən "adam"!?

Bilinmir bu nə kin, bu nə ədavət?
Nədən günü qalın bunca ədalət?
Tükənmir iblisin hirsi, hikkəsi...
Qanında boğulan nədən lal durur?
Sözün bitdiyi yer! Bitdin, sən də dur!                        


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar