Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyəyə həmrəylik mesajı vermişdilər – Bu dəfə “körpünü uçurarıq” hədəsi gəldi

Tarix: 25-02-2023 22:11     Baxış: 3240 A- / A+
İki ölkə arasında dialoq davam edərkən, Yunanıstan xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis Türkiyə ilə bağlı təpki çəkən açıqlama verib.

Varvitsiotis Türkiyənin yaşadığı zəlzələlərdən sonra Türkiyə-Yunanıstan münasibətlərini dəyərləndirib.

Ölkə rəsmisi Afinanın yaranmış müsbət atmosferə aldanmadığını deyib:

“Bu müddətdə yüksək tonların aşağı salınması və iki xalqın həmrəyliyi dialoq imkanı yarada bilər, amma bu, səmimi çərçivədə edilməlidir. Çünki Türkiyə qısa zamanda əvvəlki aqressiv ritorikasına qayıtsa, bütün körpüləri uçuracağıq, yaxınlaşma ehtimalı və ümidi qalmayacaq”. 

Qardaş ölkədə zəlzələ fəlakətinin ağrıları davam edərkən, Varvitsiotisin verdiyi bu təhdidedici açıqlama reaksiyalara səbəb olub.

Yunanıstan şiddətli zəlzələdən sonra Türkiyəyə humanitar yardım və xilasedicilərini göndərən ilk ölkələrdən biri olmuşdu. Yunanıstan Baş naziri Kiryakos Mitsotakis şiddətli zəlzələlərdən sonra ikitərəfli əlaqələrdə yaranmış müsbət atmosferin ölkəsi ilə Türkiyənin yaxşılaşmasına səbəb ola biləcəyinə inandığını və türk xalqı ilə həmrəy olduqlarını demişdi. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar