Xəbər lenti
"Ermənistan Xocalı soyqırımına görə tarix qarşısında daim lənətlənəcək” - Aqil Məmmədov
“Bu gün müxtəlif beynəlxalq məhkəmələrə Azərbaycandan əsassız şikayətlər edən Ermənistan, təkcə elə Xocalı soyqırımına görə tarix və insanlıq qarşısında daim ittiham olunacaq, lənətlənəcək”.
Manevr.az bildirir ki, Milli Məclisin deputatı Aqil Məmmədov Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Turkustan.az-a açıqlamasında bu fikirləri söyləyib.
Millət vəkili bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının gələcək bəlalara “hazırlamaq”, müharibədə qorxutmaq üçün Ermənistan tərəfindən hazırlanmış və bölgədəki 366-cı alayının iştirakı həyata keçirilən misilsiz qətliam aktıdır: “Ulu öndər Heydər Əliyev Xocalı soyqırımını “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” sözləri ilə ifadə etmişdi. Xocalı soyqırımı tək Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Beynəlxalq konvensiyaya görə hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətlər soyqırım kimi qəbul edilir. Həm Azərbaycanda aparılan istintaq, həm də Xocalı qatillərinin etirafları açıq şəkildə göstərir ki, Xocalı soyqırımı əvvəldən planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilmişdi. Məhz buna görə Xocalı soyqırımı bir çox ölkələr tərəfindən tanınıb”.
A.Məmmədovun sözlərinə görə Xocalı Soyqırımının dünya miqyasında tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyasının əhəmiyyətli təsiri olub: “Bu kampaniya çərçivəsində keçirilən çoxsaylı tədbirlər Xocalı soyqırımının, Ermənistanın cinayətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkili bildirdi ki, ermənilər Azərbaycan xalqına qarı törətdikləri cinayətlərin, o cümlədən, Xocalı soyqırımının qisası 22 günlük Vətən müharibəsi nəticəsində alındı, şəhidlərimizin qanı yerdə qalmadı: “Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun apardığı Vətən müharibəsi təkcə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi, həmçinin, xalqımızın qüruru özünə qaytarıldı, günahsız soydaşlarımızın qisası düşməndən alındı”.
Ermənistanın hazırda Azərbaycanla bağlı müxtəlif təxribatçı addımlar atdıöını deyən A.Məmmədov bildirdi ki, rəsmi İrəvan Xocalı soyqırımına görə beynəlxalq hüquq çərçivəsində cəzalandırılmalıdır: “Bu gün müxtəlif beynəlxalq məhkəmələrə Azərbaycandan əsassız şikayətlər edən Ermənistan təkcə elə Xocalı soyqırımına görə tarix və insanlıq qarşısında daim ittiham olunacaq, lənətlənəcək. Son yüz illik tarixin acı təcrübəsi göstərir ki, hətta dinc dövrlərdə belə ermənilər məkrli planlarını davam etdirmiş və Azərbaycan xalqına qarşı nifrət hislərini müxtəlif formalarda göstərmişlər. Bu baxımdan, nə qədər danışıqlar, sülh müqaviləsi kimi məsələlər gündəlikdə olsa belə, biz Xocalı soyqırımı cinayətini beynəlxalq məhkəmələrə daşımalı, dünya parlamentlərində onun soyqırımı aktı kimi tanıdılmasına nail olmalıyıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar