Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatlar arasında mübahisə: “Mən savadsız deyiləm”

Tarix: 24-02-2023 18:42     Baxış: 3187 A- / A+

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Afət Həsənovanın əlilliyin dəqiqləşdirilməsi, sürücülük və işə qəbul zamanı “forma 88” sənədinin pulla verilməsi ilə bağlı çıxışı ciddi reaksiyaya səbəb olub.
Manevr.az xəbər verir ki, parlamentdə çıxış edən Qüdrət Həsənquliyev deyib ki, insanları narahat edən belə bir məsələnin parlamentin iclasında qaldırdığına görə, Afət Həsənovaya təşəkkür etməlidir. “Çünki əlilliyin müəyyən edilməsində, əlilliyə görə pensiyaların verilməsində problemlər var”, - o qeyd edib.
Deputat əlavə edib ki, əlilliyin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyi və TƏBİB var: “Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında da bir komissiya yaradılıb. Əlilliyin müəyyən edilməsi ilə bağlı ayrıca komissiya yaradılmasına nə ehtiyac var? Bu insanlarda əlavə gərginlik yaradılmasına və dövlətdən narazılığa gətirib çıxarır. Əgər kimsə əlilliyin müəyyənləşməsində qanunsuzluğa yol verilirsə, həmin insanlar cəzalandırılmalıdır. Daha dövlət qurumları üzərində əlavə nəzarətedici qurumların yaradılmasına ehtiyac yoxdur”.
Məsələyə reaksiya verən Əmək və sosial siyasət komissiyasının sədri  Musa Quliyev bildirib ki, bu sahədə problemlər var və məsələnin həlli istiqamətində işlər gedir. 
“Deputat Afət Həsənovanın qaldırdığı məsələ ilə bağlı TƏBİB rəhbəri ilə əlaqə saxladıq. O bildirdi ki, belə bir şey yoxdur. Əlilliyin müəyyən edilməsi ilə bağlı “forma 88”ə görə kimsə pul alırsa, bu, qanunsuzluqdur”, - komitə sədri deyib.
Deputat Afət Həsənova isə məsələyə bir daha müdaxilə edərək bildirib ki, o, əlilliyin müəyən edilməsi ilə bağlı deyil, işə qəbul və sürücülük vəsiqəsinin alınması ilə bağlı “forma 88”in verilməsi üçün 41 manat alınmasına etiraz etmişəm. 
“Yəqin ki, mənim dediklərimi kimlərsə, düzgün başa düşməyib”, - o qeyd edib.
Deputat Musa Quliyev deputat həmkarına cavab olaraq bildirib:
“Mən savadsız və təcrübəsiz adam deyiləm. Sizin çıxışın stenoqramına yenidən diqqətlə qulaq asdıqdan sonra TƏBİB rəhbəri ilə danışmışam.  Onlar da deyib ki, belə bir şey yoxdur. Kimsə edibsə, qanunu pozub. Digər tərəfdən də mən burada sizin dediklərinizə qarşı deyiləm. Əlilliyin müəyyən edilməsi ilə bağlı  problemlər var və onların aradan qaldırılması istiqamətində işlər gedir”, - deputat bildirib.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar