Xəbər lenti
“Atəşkəs Rusiyanın tapşırığı ilə pozulur“ - Politoloq
Avropa İttifaqı missiyasının bölgəyə gəlişi ərəfəsində Ermənistan tərəfinin atəşkəsi pozmaqda məqsədi nədir?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzunu şərh edərkən bildirib ki, atəşkəs rejiminin pozulması bölgədə sabitliyin bərqərar olmasına, ümumiyyətlə, sülhyaratma prosesinin işə düşməsinə mane olan qüvvələr var və onlar daha çox Rusiyanın timsalında təcəssüm edir.
Qabil Hüseynlinin sözlərinə görə, Ermənistandakı revanşist qüvvələr və Qarabağ klanının nümayəndələri atəşkəs rejiminin pozulmasında əsas iştirakçılar kimi qiymətləndirilə bilər:
"Çünki onlar Rusiyanın tapşırığı ilə hərəkət edirlər. Rusiya isə Ermənistan ərazisinə Avropa Birliyinin mülki müşahidəçilərinin gətirilməsini qətiyyən istəmir. Hər vasitə ilə buna müqavimət göstərir. Hazrda atəşkəsin pozulması ilə belə bir fikir formalaşdırırlar ki, guya bu, Aİ missiyasının gəlişi ilə bağlıdır. Demək onların bölgədə olmasına müqavimət göstərən qüvvələr var. Üstəlik missiyanın gəlişi regionda gərginliyi daha da artıra bilər".
Politoloq qeyd edib ki, Rusiya onu bölgədən sıxışdırıb çıxarmağa çalışan Avropa Birliyi və ABŞ-a qarşı müqavimət göstərir:
"Bu ayın sonlarında Rusiyanın xarici işlər naziri Bakıya gələcək. Onun Bakı səfərində yəqin ki, Rusiyanın Cənubi Qafqazla bağlı planları daha nəzərə çarpacaq. Moskva bizim regionu özünün arxa bağçası hesab edir. Bu səbəbdən də Azərbaycan və Ermənistan arasında danışıqların Brüsseldə deyil, Moskvada keçirilməsi fikri Rusiya XİN-nin missiyası qarşısında duran əsas məsələlərdən biri olacaq". bakupost.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar