Xəbər lenti
“Binanın komendantı ilə bir polis gəlmişdi” – Qeydiyyatsız yaşayanların cərimənlənməsinə BAŞLANDI
Abşeronda polis əməkdaşları tərəfindən yaşayış evlərində qeydiyyatsız yaşayan vətəndaşların cərimələnməsinə başlanılıb.
Bu barədə vətəndaş Jalə İsmayıl məlumat verib.
O, bildirib ki, bu gün Abşeronda yaşadığı mənzilə gələn polis əməkdaşı onun qeydiyyat ünvanını yoxlayıb. Bakıda qeydiyyatsız yaşadığını əsas gətirərək onu 30 manat məbləğində cərimələyib:
“Evin qapısı döyüldü. Binanın komendantı ilə bir polis əməkdaşı gəlmişdi. Polis məndən harada qeydiyyatda olduğumu soruşdu. Yevlax rayonunda qeydiyyatda olduğumu, işimlə əlaqədar Abşeron rayonunda yaşadığımı söylədim. Qeydiyyatsız yaşadığımı bildirib 30 manat cərimə etdi”.
J. İsmayıl Abşeron rayonunda ev alsa da, evinə hələ də çıxarış (“kupça” – red.) ala bilmədiyindən yaşayış yeri üzrə qeydiyyata düşə bilmədiyini söylədi.
Sputnik Azərbaycan polis əməkdaşlarının vətəndaşların evlərdə qeydiyyatını yoxlayaraq cərimə tətbiq etməsinin nə qədər qanunauyğun olduğunu araşdırıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sputnik bildirib ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir: “Əgər vətəndaşın daimi qeydiyyatı varsa, o, dərhal olduğu yer üzrə qeydiyyata alınır. Qanunvericiliyə riayət etməyən vətəndaşlar məsuliyyət daşıyır. Vətəndaş cərimələndikdən sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu təkrar məsuliyyət yaradır”.
N. Əliyevin sözlərinə görə, vətəndaşdan olduğu yer üzrə qeydiyyata düşməsi üçün müvəqqəti yaşadığı evin çıxarışı tələb olunmur. sputnik azərbaycan
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar