Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

5 il əvvəl ölən şəxsin adına borc gəldi

Tarix: 23-02-2023 21:06     Baxış: 3334 A- / A+

Bununla bağlı məlumat sosial şəbəkələdə yayılıb. Bildirilib ki, mesaj 2018-ci ildə vəfat edən Tovuz rayon sakini Həsənova Svet İslam qızının adına olan telefon nömrəsinə gəlib.
Bəs həmin şəxsin VÖEN-i bağlanmayıbmı? 

 Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, bu mesaj Dövlət Vergi Xidməti tərəfindən göndərilir.

Dövlət Vergi Xidmətindən isə sorğumuza belə cavab verildi: 

“Qeyd olunan VÖEN hesabındakı nömrə başqa adamın adınadır. Mesaj Əliyev Elşən Mustafa oğluna məxsus olan nömrəyə göndərilib. Ola bilər ki, bu nömrə ilə qeydiyyatdan keçib. Yəni göndərilən VÖEN başqa şəxsə məxsusdur. Məsuliyyət bu VÖEN-də olduğu üçün, mesaj da ona göndərilib”. 

Mövzu barədə İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqə saxladıq. “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən icbari tibbi sığorta haqları üzrə yığımlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir: 

“Sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması İqtisadiyyat Nazirliyi (Dövlət Vergi Xidməti) tərəfindən Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir”. qaynarinfo 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar