Xəbər lenti
Qarabağda növbəti atəşkəs pozuntusu xəbəri-Rusiya MN
Rusiya hərbi kontingenti Qarabağda üç atəşkəs pozuntusu qeydə aldığını bildirib.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumat bülletenində məlumat verilib. “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Mardakert və Şuşa rayonlarında atəşkəs rejiminin üç dəfə pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Bu faktlar üzrə Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”-açıqlamada deyilir. Dünənki məlumatda olduğu kimi, bu dəfə də Rusiya atəş açan tərəfi konkretləşdirməyib və bununla növbəti dəfə erməni terrorçu dəstələrinin cinayətlərini pərdələməyə çalışıb. Bundan əlavə, rəsmi Bakının xəbərdarlığına və ən yüksək səviyyədə çağırışına baxmayaraq, yenə də arxaik “Dağlıq Qarabağ” ifadəsindən, həmçinin ermənisayağı “Mardakert”, “Stepanakert” yarlığından istifadə olunub.
Rəsmi məlumatda daha sonra deyilir ki, Rusiya sülhməramlıları “Stepanakert-Qoris” (?!) yolunda maneəsiz hərəkətin bərpası ilə bağlı danışıqlar prosesini davam etdirir. “Mardakert, Martuni, Şuşa rayonlarında və Laçın dəhlizində dörd marşrut üzrə patrul xidməti həyata keçirilib. Rusiya sülhməramlılarının humanitar yük daşıyan karvanı Qoris-Stepanakert marşrutu üzrə müşayiət olunub”. musavat.com

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar