Xəbər lenti
Ana, “dua et, məni də aparsınlar savaşa" - Qazi Süleyman Heydərov

İlk beşiyimiz, ilk evimiz-eşiyimiz, yuvamız ana bətnidi-anadır. İlk nəfəsimizdi, havamız, çörəyimizdi ana. İlk eşitdiyimiz səs, hiss etdiyimiz sığaldı. Yəqin ona görə qədəm basdığımız torpağa ana torpaq demişik. Sonda onun qoynuna gedirik–torpaq ananın... Sevgimizlə birlikdə. Vətən dediyimiz torpağa sevginin sonu yox. Sevgi anadan başlayır. Ona görə Süleyman Heydərov ölümlə çarpışanda anasını xatırlayıb.
-Bu dünyadan ayrıldım sanki. O ağır halımda anamı düşündüm. Məni hospitala aparan yoldaşlarıma “Anama deyin məni bağışlasın”- demişəm. Onun üzülməsi mənimçün dözülməzdi. Aramla danışır. Səsində hiss edirəm çəkdiyi ağrını da, sevgini də.
-İkinci Qarabağ savaşı başlayanda mən də döyüşmək istəyirdim. Anama “dua et, məni də aparsınlar savaşa”-deyirdim. Hər birimiz vətən əsgəri olsaq da hər nazirliyin öz görəvi var. FHN-nin də öz vəzifələri var. Azad olunmuş torpaqlarımızı minalardan təmizləmək, insanların təhlükəsiz yaşamını təmin etmək də bizim işimizdi. Hər aşkar etdiyi mina mənəvi yükünü bir az azaldır. 2022-ci il mayın 13-də minaya tuş gəlib. Günlərlə vəziyyəti ağır olub, komaya düşüb. Süni yolla qidalanıb.
-Yaşayıb-yaşamadığımı anlamırdım. Yaralananda 20—30 dəqiqə özümdə olmuşam. Heç nə görmürdüm, gözlərim zədələnmişdi. Komadan ayılanda heç nə xatırlamırdım, adımı da unutmuşdum. Anamın adını xatırlamağa çalışırdım bircə. Sol Əlimi hiss edəndə kağız qələm istədim. Çətinliklə də olsa sol əlimlə “Ana, məni bağışla”- yazdım. Bir də həkimin “sağ qolu kəsilməlidi” dediyini eşidib...Bunları yazanda çox ağrıyıram, sənin də ağrıyacağını bilirəm. Bağışla məni, Süleyman. Amma o sakit danışır: Biz xəsarət ala, həyatımızı itirə biləcəyimizə hazır oluruq. Bu yolu seçmisənzə hər çətinliyə hazır olmalısan. Soyuqqanlı olmalısan.


Kəmalə Abıyeva
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar