Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“SOCAR Türkiyə’’yə yeni rəhbər təyin edildi

Tarix: 22-02-2023 09:38     Baxış: 4176 A- / A+



"SOCAR Türkiyə''nin Neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) Elçin İbadov şirkətin baş direktor vəzifəsini icra edən təyin olunub.
Şirkətdən verilən məlumata görə, Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb. 2003-cü ildən etibarən 11 il müddətində PwC şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında STAR Neft Emalı Zavodunda (NEZ) maliyyə direktoru və CFO vəzifələrində fəaliyyətini davam etdirib. 2019-cu ilin noyabr ayından etibarən "Petkim"də, həmçinin STAR NEZ, "Petkim", "SOCAR Depolama" və "SOCAR Petrol Ticaret" şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib. "Harvard Business School"da müxtəlif peşəkar təhsil və sertifikat proqramlarını tamamlayan Elçin İbadov iqtisadiyyat, mühasibatlıq, maliyyə, beynəlxalq maliyyə hesabatları standartları və maliyyə auditi mövzularında bir neçə dərsliklərin müəllifi, ACCA, ACFE və IIA kimi beynəlxalq maliyyə və audit təşkilatlarının daimi üzvüdür.2016-cı ildən "SOCAR Türkiyə"nin baş icraçı direktoru vəzifəsində çalışan Zaur Qəhrəmanov isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar