Xəbər lenti
"Azərbaycan bu sənədə qol çəkməyəcək - Ruslar Qarabağdan gedir” - AÇIQLAMA
“2025-ci ilin 10 noyabrında mövcud üçtərəfli müqavilənin müddəti bitəcək, müqavilənin müddəti uzadılmayacaq. Ona görə ki, müqavilə öz rolunu artıq oynamış olacaq. Rusiya sülhməramlıları Qarabağdan sakitcə gedəcək və Azərbaycan Ordusu həmin ərazilərə daxil olacaq. Heç bir döyüş olmayacaq”.
Bunu mediaya açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.
Siyasi şərhçi Elçin Mirzəbəyli rusiyalı ekspertin fikirlərində haqlı olduğunu bildirib:
“Rusiyalı politoloq Sergey Markovun dedikləri reallığı əks etdirir. Çünki rus sülhməramlılarının missiyası 10 noyabr bəyanatının prinsiplərinin həyata keçirilməsi və bütövlükdə regionda hər hansı problemin qalmaması ilə bağlıdır. Əgər Ermənistan indiki şəraitdə sülh danışıqlarından yayınacaqsa, müxtəlif bəhanələr gətirərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına atacaq davranışlar sərgiləyəcəksə, rus sülhməramlılarının Azərbaycan ərazisində qalmasının heç bir məntiqi izahı olmayacaq.
Əgər ermənilər bu tipli davranışlar nümayiş etdirməyə davam edəcək, sülh prosesinə mane olmağa çalışacaq, eyni zamanda məhz Azərbaycan ərazilərində yaşayan və Azərbaycan vətəndaşlığı olan ermənilərin AR Konstitusiyasının verdiyi hüquqlar çərçivəsində ölkədə yaşamalarına maneə yaratmağa cəhd göstərəcəklərsə, adekvat tədbirlərin həyata keçirilməsi zəruri olacaq. Çünki bu uzunmüddətli bir proses ola bilməz”.
E.Mirzəbəyli vurğulayıb ki, rus sülhməramlılarının Azərbaycan ərazisində daha 5 il qalmasına əsas verən yeni bir sənədin imzalanması gözlənilən deyil:
“Bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmaması Azərbaycanın bütövlükdə milli maraqlarına təhdiddir. Ona görə də rus sülhməramlılarının ölkəmizdə daha 5 il qalmasına imkan verən bir razılaşmanın ortaya çıxacağı gözlənilən deyil.
Əslində 10 noyabr bəyanatının bütün digər müddəalarına baxmayaraq, sülhməramlılarla bağlı məsələ növbəti mərhələdə üçtərəfli bəyanata daxil olan bir anlayış deyil. Bu artıq Rusiya və Azərbaycan arasında müəyyənləşdiriləcək bir məsələdir. Düşünürəm ki, Azərbaycan da rus sülhməramlılarının öz ərazisində qalması üçün hər hansı bir əsas görməyəcək”. konkret.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar