Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Baydenin hesablarını sındıran gəncin AQİBƏTİ BƏLLİ OLDU - Şəkillər

Tarix: 17-02-2023 21:40     Baxış: 4380 A- / A+
İspaniya Ali Məhkəməsi keçmiş ABŞ prezidenti Barak Obama və hazırkı dövlət başçısı Co Bayden və bir neçə tanınmış şəxsin Twitter hesablarını sındırmaqda şübhəli bilinən Britaniya vətəndaşı, 22 yaşlı Cozef Ceyms O'Konnorun ABŞ-a ekstradisiyasına qərar verib.

Bu barədə "Reuters" xəbər verir.

Cozef Ceyms O'Konnorun vəkili İnmaculada Garcia Lopez İspaniyanın Ali Məhkəməsində keçirilən prosesdə ekstradisiyaya qarşı olduğunu və bütün ittihamların əsassız olduğunu deyib.

Qeyd edək ki, 2020-ci ilin iyulunda Twitter-ə hücum zamanı Demokratlar Partiyasından prezidentliyə namizəd Bayden və "Tesla"nın baş direktoru İlon Maskın hesabları da daxil olmaqla müxtəlif təsdiqlənmiş hesablar ələ keçirilib. Keçmiş prezident Barak Obama, erməni realiti-şou ulduzu Kim Kardaşyan, milyarder Bill Qeyts, Uorren Baffet, Benyamin Netanyahu, Ceff Bezos, Maykl Blumberq və Kayn Uestin hesabları da vurulub.

Ali Məhkəmə ABŞ Ədliyyə Departamentinin təqdim etdiyi məlumatlara əsasən, O'Konnor haqqında həbs qərarı verib.

Cozef Ceyms O'Konnorun anası Sandra O'Connor oğlunun sağlamlıq vəziyyətini əsas gətirərək buraxılmasını tələb edib, lakin məhkəmə bu tələbi rədd edib. musavat.com

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar