Xəbər lenti
Prezident İlham Əliyev Münxen Konfransında iştirakı diqqət mərkəzində olan az sayda dövlət başçılarındandır
Fevralın 17-də Almaniyada əsas şüarı “Dialoq vasitəsilə sülh” olan Münxen Təhlükəsizlik Konfransı (MTK) öz işinə başlayıb. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirlər.
Dövlətimizin başçısının növbəti dəfə belə mötəbər tədbirə dəvət alması Azərbaycan liderinin böyük nüfuzunun, yüksək liderlik və natiqlik qabiliyyətinin, qlobal prosesləri obyektiv təhliletmə məharətinin göstəricisidir. Prezident İlham Əliyev builki MTK-da iştiraka dəvət olunan və iştirakı diqqət mərkəzində olan az sayda dövlət başçılarından biridir.
Manevr.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Deputat qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı dedikdə istər-istəməz yaddaşımıza həmişəlik həkk olunmuş hadisə - 2020-ci ilin fevral ayında keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir. Bu, Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı idi. Azərbaycan Prezidenti dünyanın gözü qarşısında tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi. Dövlətimizin başçısı tarixi həqiqətin, beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi. Prezident İlham Əliyev bu debat vasitəsilə Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu. Elə həmin ilin noyabrında Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə dünya erməniliyini diplomatiyada sarsıtdığı kimi, döyüş meydanında da məğlub etdi.
“Prezident İlham Əliyevin konfransın əsas proqramı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda panel müzakirədə əsas natiq kimi çıxış edəcəyi faktı özlüyündə hər şeyi deyir. Dövlətimizin başçısının müxtəlif tribunalardan səsləndirdiyi fikirlər bir qayda olaraq, uzun müddət nəinki ölkə, dünya ictimaiyyətinin diqqət mərkəzində olur, ən nüfuzlu beyin mərkəzlərinin təhlil predmetinə çevrilir. Bundan əvvəlki tədbirlərdə olduğu kimi, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında budəfəki çıxışının da rezonans doğuracağı şübhəsizdir”, - deyə Aqil Məmmədov vurğulayıb.
Deputat bildirib ki, Münxen Konfransına dəvət alan Ermənistanın baş naziri Nikol Paşinyan iştirakdan imtina edib. Onun sözlərinə görə, Ermənistan rəsmisi çox güman ki, 2020-ci ilin acı təcrübəsini bir daha yaşamaq istəməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar