Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdəki polkovnikdən hədə: “Məndə səs yazıları var, açıqlasam, çox papaqlar boş qalacaq”

Tarix: 16-02-2023 08:53     Baxış: 3223 A- / A+
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, nazirliyin şöbə rəisinin müavini olmuş, hazırda isə həbsdə olan Sahib Ələkbərov Bakı Apelyasiya Məhkəməsində sensasion açıqlamar verib. Bakı Hərbi Məhkəməsi tərəfindən “MTN İşi” çərçivəsində 8  il azadlıqdan məhrum edilən Sahib Ələkbərov ozünə qarşı ittihamları rədd edib.

O, məhkəmə çıxışında bəyan edib ki, baş verənlərə görə əsas məsuliyyət Baş Prokurorluğun sabiq rəhbərliyinin üzərindədir.  “Məndə Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə məxsus səs yazıları var. Əgər başına bir iş gəlsə, həmin səs yazıları lazım olan orqanlara təqdim olunacaq.

Başıma bir iş gəlsə, təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm eləyəcəm. Xəbərdarlıq edirəm – otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə edib barəmdə qanunsuz qərarlar qəbul elətdirməsinlər”.

Sabiq MTN polkovniki iddia edir ki, azadlıqdan məhrum edilməsi haqda Bakı Hərbi Məhkəməsində çıxarılmış hökm qanunsuz və əsassızdır. Onun sözlərinə görə, MTN-də müstəntiq işlədiyi müddətdə nə kimsədən hədə-qorxu ilə pul tələb edib, nə də alıb: “Baş Prokurorluğun İstintaq İdarəsində onun, eləcə də birlikdə mühakimə olunduğu MTN İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev, şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov haqqında istintaq ziddiyyətlərlə doludur, heç bir mötəbər sübut yoxdur.

Təqsirləndirilən şəxs qismində cəlb olunmağım haqqında qərarda məni səlahiyyətlərimə görə səhiyyə naziri, baş prokuror, ədliyyə naziri, həm də milli təhlükəsizlik naziri kimi göstərmişdilər. Sonra qərarı dəyişib işin içinə başqasını qoydular. İrəli sürülən ittihamlardan biri baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun qərarına təsir göstərməsi haqdadır. İddia olunur ki, Ələkbərov Usubovun Səbail prokurorluğunun qərarını ləğv etməsinə nail olub. 

Təqsirləndirilən MTN polkovniki bunu absurd sayır. Deyir ki, əksinə, 2005-ci ildə Hacı Məmmədov olaylarına görə Rüstəm Usubovu şahid qismində dindirəndə özü onun tərəfindən hədələnmişdi. Mən baş prokuror olmuşam ki, Usubova göstəriş verim ki, get, Səbail prokurorluğunun qərarını ləğv elə?! Bu qədər absurd olmaz axı. Çağırıb Rüstəm Usubovu dindirsinlər ki, mən necə nail olmuşam buna. 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olunanda o iş üzrə Rüstəm Usubovu MTN-də mən dindirirdim. Onda Rüstəm Usubov bir neçə dəfə məni hədələmişdi. Hacı Məmmədov işində mən birini dindirirdim. O dedi ki, ay kişi, mən palanam, eşşək qalıb kənarda.

Sahib Ələkbərov deyir ki, ona qarşı irəli sürülmüş ittihamlar qanunauyğun şəkildə sübuta yetirilsə, cəzasını çəkməyə hazırdır.
Lakin törətmədiyi cinayətə görə verilən cəza ilə barışmaq niyyətində deyil: “Dəfələrlə sui-qəsdə məruz qalmışam. Məndə  olan məlumatları, səs yazılarını etibarlı yerdə saxlayıram.  Xəbərdarlıq edirəm – danışdıqlarımdan da yüz qat artığını səsli formada yazıb qoymuşam, etibarlı yerdə saxlayıram. Başıma bir iş gəlsə, meyitimi susdura bilməyəcəklər. Onda çox papaqlar boş qalacaq, rütbəsindən, mərtəbəsindən, vəzifəsindən asılı olmayaraq. Məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edənlərə xəbərdarlıq edirəm…”  gununsesi.org

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar